Baş mühasib (Balakən Rayonu üzrə Maliyyə Şöbəsi, Rəhbərlik)

Balakən

Maliyyə Nazirliyi
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Şöbənin mühasibatlığını təşkil edir
  • İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasının, əmək haqqı fondunun sərf olunmasının, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının aparılmasının təmin edir
  • İnzibati təsərrüfat və digər xərclərin, debitor borcların, çatışmazlıqların və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsini təmin edir
  • Şöbənin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyəti təşkil edir
  • İşçilərin əmək haqqı, məzuniyyət, xəstəlik vərəqələrini hesablayır və müvafiq maliyyə-bank əməliyyatlarını aparır
  • Xəzinə əməliyyatları ilə əlaqədar öhdəlik, mal alışı sənədi, kassa xərclərinin sifarişini hazırlayır
  • Əsas vəsaitlərin inventarlaşdırılmasını təşkil edir
  • Mühasibatlıq fəaliyyəti ilə bağlı arxivləşdirməni təmin edir
  • Vəzifəsi üzrə şöbə rəisi tərəfindən verilən tapşırıqların yerinə yetirir.  

Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

  • Vakant vəzifəni təqdim etmiş dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;
  • Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar daxili müsahibə elan edilən dövlət orqanında ehtiyat kadr kimi saxlanılan şəxslər;

Xüsusi tələblər

  • Təhsilə dair tələblər: iqtisadiyyat və idarəetmə ixtisasları qrupu üzrə ali təhsil
  • İş stajına dair tələblər: 1 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən istifadə(orta səviyyədə)
  • Xarici dil biliklərinə dair tələblər: yoxdur
  • Müsahibədə iştirak etmək hüququ verən PMS sertifikatı İctimai sektor üzrə 2 -ci səviyyə peşəkar mühasib sertifikatı

Telegram kanalımız