- Xidmətin dövlət büdcəsinin funksional təsnifatları üzrə ortamüddətli xərclər çərçivəsi, sektor strateji planının, yeni siyasət təşəbbüslərinin hazırlanmasında iştirak edir;
- Növbəti və sonrakı üç il üçün büdcə proqnozlarının hazırlanmasında iştirak edir;
- Xidmətin xərclərinin müəyyən edilməsi, xərclər smetasının tərtib edilməsi və dürüstləşdirilməsində iştirak edir;
- Ştat cədvəllərini tərtib edir;
- Aylıq təlabat sənədlərini təhlil edir;
- Büdcədənkənar vəsaitlərin daxilolması barədə hesabatları hazırlayır;
- Aylıq, rüblük və illik kassa xərcləri barədə hesabatları hazırlayır;
- Rəhbərliyin göstərişinə uyğun olaraq dövri maliyyə hesabatlarını hazırlayır;
- Daxil olan vətəndaş müraciətlərini və digər sənədləri icra edir;
- Sektorun fəaliyyət istiqamətinə uyğun olaraq digər qanunauyğun tapşırıqları yerinə yetirir.
Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Vakant vəzifəni təqdim etmiş dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;
- Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar daxili müsahibə elan edilən dövlət orqanında ehtiyat kadr kimi saxlanılan şəxslər;