Dövlət orqanı rəhbərinin müşaviri - nazirin müşaviri

Bakı

Gənclər və İdman Nazirliyi
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Nazirliyin hüquq sahəsinə funksional nəzarəti həyata keçirmək;
  • Nazirliyin hüquq sahəsinin inkişafı istiqamətində zəruri tədbirlər görmək;
  • Hüquq sahəsi üzrə nazirin xüsusi tapşırıqlarını yerinə yetirmək;
  • Nazirliyin fəaliyyət istiqamətləri, dövlətin gənclər və idman siyasətinin əsas prinsipləri üzrə nazirin tapşırığı əsasında işlərin yerinə yetirilməsinə nəzarət etmək; 
  • Nazirliyin hüquq sahəsi üzrə mövcud vəziyyəti ümumiləşdirmək, onun fəaliyyətini təhlil etmək və mütəmadi olaraq nazirə məlumat vermək; 
  • Nazirliyə həvalə olunmuş dövlət əhəmiyyətli tədbirlərin və tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsi üçün səlahiyyətləri çərçivəsində müvafiq işlər görmək;
  • Nazirin tapşırığı əsasında hüquq sahəsi üzrə işlərin yerinə yetirilməsinin forma və metodlarını, həmçinin normativ hüquqi əsaslandırmalarla bağlı təkliflər hazırlamaq; 
  • Qəbul edilmiş qərarlar üzrə gözlənilən nəticələr barədə naziri məlumatlandırmaq;
  • Nazirliyin hüquq sahəsi üzrə struktur bölmələrin, strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki digər qurumların fəaliyyətinə nəzarətin həyata keçirilməsində iştirak etmək;
  • Nazirliyin fəaliyyət istiqamətlərinə dair qanunvericiliyin təkmilləşdirilməsinə dair rəhbərliyə təkliflər vermək, normativ hüquqi aktların layilələrinin və məqsədli proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
  • Aidiyyəti sahədə normativ-hüquqi aktların layihələrinə dair Nazirliyin müvafiq hüquqi rəyinin hazırlanmasını və qüvvədə olan qanunvericiliyin yeni qəbul edilmiş qanunvericilik aktlarına uyğunlaşdırılmasını təmin etmək; 
  • Normativ hüquqi aktların, digər normativ sənədlərin layihələrinə dair rəy və təkliflər vermək; 
  • Müvafiq sahənin inkişafı üzrə beynəlxalq təcrübənin tətbiqinə dair təkliflər vermək; 
  • Qanunvericiliyə uyğun olaraq digər vəzifələri yerinə yetirmək.

Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

  • Vəzifənin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları.

Xüsusi tələblər

  • Təhsilə dair tələblər: hüquqşünaslıq ixtisası üzrə ali təhsil
  • İş stajına dair tələblər: dövlət qulluğunda 2 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı və yaxud 4 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, İnternetdən istifadə (orta səviyyədə)
  • Xarici dil biliklərinə dair tələblər: yoxdur

Telegram kanalımız