Mərkəzi icra hakimiyyəti orqanı tabeliyində olan orqanın rəhbəri - rəis

Bakı

Gənclər və İdman Nazirliyi
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • İdarənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir
  • Tabeliyində olan sektorlar və əməkdaşlar arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək və icra intizamına riayət etmələrinə nəzarət edir
  • Regionda gənclər, bədən tərbiyəsi və idman sahəsində (bundan sonra — müvafiq sahədə) dövlət siyasətinin həyata keçirilməsini təmin edir
  • İdarədə növbəti il üçün iş planının işlənib-hazırlanmasını təmin edir
  • İdarənin iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini təmin edir
  •  Gənclərin milli-mənəvi dəyərlər əsasında vətənpərvərlik ruhunda tərbiyəsi işini təşkil edir
  • Gənc nəslin sağlam həyat tərzini təşviq və təbliğ etmək, gənclər arasında zərərli vərdişlərin yayılmaması üçün qabaqlayıcı tədbirlər həyata keçirir, onların yaradıcılıq potensialını, qüvvəsini, bilik və bacarığını milli dövlət quruculuğuna, iqtisadi və sosial proqramların həyata keçirilməsinə yönəlir
  • Gənclərin sosial problemlərinin həlli, hüquqlarının müdafiəsi, müxtəlif peşələrə yiyələnməsi və işlə təmin olunması sahələrində əlaqədar təşkilatlarla birlikdə tədbirlər görür, lazım gəldikdə müvafiq yerli dövlət orqanları qarşısında vəsadət qaldırır
  • Gənclərin sağlamlığının möhkəmləndirilməsi, asudə vaxtlarının səmərəli təşkil edilməsi sahəsində bədən tərbiyəsinin və idmanın rolunun artırılmasına dair tədbirlər görür
  • Müvafiq sahədə vəziyyətin və mövcud problemlərin təhlilinin aparılmasını, onların həlli yolları ilə bağlı təkliflərin hazırlanması və tədbirlərin həyata keçirılməsini təmin edir
  • Regionda idman yarışlarını, idmanın kütləviliyinin artırılması məqsədilə tədbirləri təşkil edir və ayrı-ayrı idman növləri üzrə bölgə komandalarının ölkə yarışlarında və seçmə oyunlarında iştirakını təmin edir
  • Yüksək səviyyəli idmançılar yetişdirib, onları ölkə və beynəlxalq yarışlara hazırlayır, bədən tərbiyəsi və idmanın kütləviliyini təmin etmək üçün yerli dövlət orqanları və digər ictimai təşkilatlarla birgə idmanın maddi-texniki bazasını inkişaf etdirir
  • Regionda olimpiya idman növlərinin inkişafı istiqamətində idmançıların hazırlıq səviyyəsinin yüksəldilməsi üçün onların yarışlarda aktiv iştirakını təmin edir
  • Regionda icra hakimiyyəti orqanlarının, yerli özünüidarəetmə orqanlarının (bələdiyyələrin) və qeyri-hökumət təşkilatlarının, müəssisə və təşkilatların müvafiq sahədə fəaliyyətini əlaqələndirir
  • Regionda idman müəssisələrinin fəaliyyətinin təhlil edilməsi təmin edir
  • Region daxilində gənclər təşkilatlarının, idman klublarının və cəmiyyətlərinin fəaliyyətini koordinasiya edir
  • Müvafiq sahə üzrə dövlət proqramlarının, tədbirlər planının, kollegiya qərarları və digər sənədlərin və tapşırıqların vaxtında icrasını təmin edir
  • İdarənin iş planlarının və hesabatlarının hazırlanmasını təmin edir
  • Müvafiq sahə ilə bağlı yaradılmış məlumat bazalarının aparılmasını təmin edir
  • İdarədə inzibati vəzifə tutan dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsini həyata keçirir
  • İdarəyə daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təmin edir
  • İdarənin fəaliyyət istiqamətlərinə uyğun olaraq Nazirliyin rəhbərliyi tərəfindən verilən digər tapşırıqları yerinə yetirir

Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

  • Vakant vəzifəni təqdim etmiş dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;
  • Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar daxili müsahibə elan edilən dövlət orqanında ehtiyat kadr kimi saxlanılan şəxslər;

Xüsusi tələblər

  • Təhsilə dair tələblər: ali təhsil
  • İş stajına dair tələblər: dövlət qulluğunda 4 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı və yaxud 6 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, İnternetdən istifadə (orta səviyyədə)
  • Xarici dil biliklərinə dair tələblər: yoxdur

Telegram kanalımız