Böyük məsləhətçi (Film, video, video oyunlar sektoru)

Bakı

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • nazirlik sistemində olan dövlət studiyalarının yaradıcılıq fəaliyyətinin yaxşılaşdırılması məqsədilə rəy və təkliflər hazırlayır
  • kino müəssisələrinə bu sahədə metodiki köməklik göstərir
  • audiovizual sahədə beynəlxalq təşkilatlarla və film istehsalçıları ilə əməkdaşlığın qurulmasında iştirak edir
  • video və video oyunlar sahəsinin audiovizual sənayenin tərkib hissəsi kimi inkişafına təkan verəcək layihələrin həyata keçirilməsində iştirak edir
  • ölkə ərazisində video və video oyunların yayımı və istifadəsi ilə bağlı qaydaların və mexanizmlərin hazırlanması ilə bağlı təkliflərin verir
  • xarici audiovizual məhsul istehsalçıları ilə birgə layihələrin həyata keçirilməsində iştirak edir
  • kino irsinin və kino sənətkarlarının yaradıcılığının öyrənilməsi, audiovizual sənaye ilə işin genişləndirilməsi, eləcə də kino tənqidinin inkişaf etdirilməsi məqsədilə proqram layihələrinin hazırlanması və onların həyata keçirilməsi ilə bağlı təkliflər verir
  • audiovizual sahənin müxtəlif növ və janrlarına aid yaradıcılıq müsabiqələrinin, tədbirlərin təşkilində iştirak edir
  • kino nümayişi, kinonun təbliği ilə bağlı yerlərdə keçirilən tədbirlərə müvafiq metodiki kömək göstərir
  • dövlət sifarişli filmlərin layihələrinin müzakirəsindən başlayaraq filmin təhvil verilməsinədək yaradıcı-istehsal prosesinə nəzarət işini təşkil edir
  • film layihələri siyasətinə dair proqram layihələrinin hazırlanması və onların həyata keçirilməsində iştirak edir
  • audiovizual sahədə beynəlxalq təşkilatlarla və film istehsalçıları ilə əməkdaşlıq qurur
  • xarici audiovizual məhsul istehsalçıları ilə birgə layihələrin həyata keçirilməsində iştirak edir
  • video və video oyunlar sahəsinin audiovizual sənayenin tərkib hissəsi kimi inkişafına təkan verəcək layihələri həyata keçirir
  • respublika əhəmiyyətli kino tədbirlərinin təşkilində və keçirilməsində iştirak edir
  • kütləvi nümayiş üçün nəzərdə tutulan audiovizual məhsulların Dövlət Reyestrində qeydə alınması ilə bağlı işləri təşkil edir
  • səlahiyyətləri daxilində sektora daxil olan şikayət və ərizələri araşdırır və cavablayır

Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

  • Vakant vəzifəni təqdim etmiş dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;
  • Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar daxili müsahibə elan edilən dövlət orqanında ehtiyat kadr kimi saxlanılan şəxslər;

Xüsusi tələblər

  • Təhsilə dair tələblər: humanitar və sosial ixtisaslar qrupu, rejissorluq , kinoşünaslıq ixtisasları üzrə ali təhsil
  • İş stajına dair tələblər: 2 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən istifadə (orta səviyyədə)
  • Xarici dil biliklərinə dair tələblər: Rus dili-B1;İngilis dili-B1;

Telegram kanalımız