- Dövlət Xidmətinin struktur bölmələrinin fəaliyyətini əlaqələndirmək və səlahiyyəti daxilində həmin bölmələrin fəaliyyətinə ümumi rəhbərliyi həyata keçirmək;
- kurasiyasında olan şöbə və digər təşkilatların iş planlarının tərtib edilməsinə və icrasına nəzarət etmək, onların fəaliyyəti ilə bağlı aidiyyəti məsələlərə baxılması, təşkil və təmin edilməsi ilə əlaqədar Dövlət Xidmətinin rəhbərinə təkliflər vermək,
- aidiyyəti üzrə müqavilə və sazişlərin layihələrinin hazırlanmasında iştirak etmək və nəzarət etmək;
- beynəlxalq təşkilatlarla mədəni irsin qorunması üzrə əməkdaşlığı təşkil etmək, milli və beynəlxalq proqram və layihələrin həyata keçirilməsində iştirak etmək;
- fəaliyyət göstərdiyi sahə üzrə beynəlxalq təcrübəni öyrənmək, müvafiq təkliflər hazırlayaraq Dövlət Xidmətinin rəisinə təqdim etmək;
- Dövlət Xidmətin struktur bölmələrinin və tabeliyində olan qurumların fəaliyyəti ilə bağlı təhlillər və ümumiləşdirmələr aparılmasında iştirak etmək və bu istiqamətdə səmərəliliyinin artırılması ilə bağlı təkliflərin, inkişaf konsepsiyasının hazırlanmasında iştirak etmək;
- dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinin həyata keçirilməsində iştirak etmək;
- əməkdaşlar barəsində həvəsləndirmə və intizam tənbeh tədbirləri görülməsi üçün Dövlət Xidmətinin rəisinə təqdimatlar vermək;
- təhkim edilmiş sahə üzrə hesabatların, məlumatların vaxtında təqdim edilməsinə nəzarət etmək;
- vətəndaşların qəbulu qrafikinə uyğun olaraq keçirilən görüşlərdə iştirak etmək;
- rəisin göstərişi ilə rəis müavinin səlahiyyətlərinə aid olan digər vəzifələri yerinə yetirmək;
Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Vəzifənin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları.