- Sektora həvalə olunmuş vəzifələrin icrasının təmin edilməsi məqsədilə tərtib edilmiş iş planlarının və digər bu kimi sənədlərin icrasına nəzarət edir
- Sektorun işçiləri arasında iş bölgüsünün aparır, onların icra və əmək intizamına riayət etmələrinə nəzarət edir
- Sektorun əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi üçün idarə rəisinə təqdimatlar verir
- Sektorda qulluq keçən dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsini təmin edir
- Rayonda yerləşən müəssisə və təşkilatların fəaliyyətinə nəzarəti həyata keçirir və onların fəaliyyətlərini aidiyyəti üzrə əlaqələndirir
- Tabe müəssisələrdə işçilərin əmək intizamına nəzarət edir, mədəniyyət müəssisələrinin rəhbər və işçilərinin mükafatlandırılması, onlara intizam tənbehi tədbirlərinin tətbiqi istiqamətində idarə rəhbərinə təkliflər verir
- İş planlarına və idarə rəhbərliyinin tapşırığına əsasən tabe mədəniyyət müəssisələrində monitorinq və yoxlamalar təşkil edir
- Rayonda yerləşən mədəniyyət müəssisələrinin maddi-texniki vəziyyəti və onların əmlak və avadanlığı barədə məlumatları toplayır və təhlil edir
- Mədəniyyət müəssisə və təşkilatlarının qabaqcıl iş təcrübəsinin təhlili, təbliğ və inkişaf etdirilməsində iştirak edir
- Region ərazisində əhalinin asudə vaxtının səmərəli keçirilməsinə yönəldilmiş proqramların işlənib hazırlanması və həyata keçirilməsində, müsabiqə, festival, sərgi və digər tədbirlərin təşkil edilməsində iştirak edir
- İstedadlı mədəniyyət işçiləri ilə məqsədyönlü işin aparılması, onların təhsil və sosial problemlərinə diqqət yetirilməsi, yaradıcılıq mühitinin formalaşdırılmasına yardım göstərir
- Rayonda (şəhərdə) mədəniyyətin inkişafında xidmətləri olan mədəniyyət işçilərinin yaradıcı şəxslərin və kollektivlərin bioqrafiyası, peşə və yaradıcılıq fəaliyyəti barədə məlumat bazasının yaradılmasında iştirak edir
- Fəaliyyət göstərdiyi rayon (şəhər) üzrə bütün mədəniyyət müəssisələrinin iş planlarının layihələrini hazırlayaraq təsdiq üçün İdarəyə təqdim edir
Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Vakant vəzifəni təqdim etmiş dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;
- Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar daxili müsahibə elan edilən dövlət orqanında ehtiyat kadr kimi saxlanılan şəxslər;