- Sektora həvalə olunmuş vəzifələrin icrasının təmin edilməsi məqsədilə tərtib edilmiş iş planlarının və digər bu kimi sənədlərin icrasına nəzarət edir;
- sektorun işçiləri arasında iş bölgüsünün aparır, onların icra və əmək intizamına riayət etmələrinə nəzarət edir;
- sektorun əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi üçün idarə rəisinə təqdimatlar verir;
- sektorda qulluq keçən dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsini təmin edir və s.
- idarənin fəaliyyəti ilə bağlı tapşırılmış sənədləri, ərizə və şikayətləri qanuna müvafiq qaydada, vaxtında və keyfiyyətli icra olunmasını təmin edir;
- idarənin tabeliyində olan müəssisə və təşkilatlarda hüquq və insan resursları üzrə xidmətin təşkili vəziyyəti ilə tanış olur, onlara hüquqi yardım göstərir;
- işçilərin vəzifəyə təyin edilməsi, başqa vəzifəyə keçirilməsi və işdən azad edilməsi ilə bağlı əmək və dövlət qulluğu qanunvericiliyinin tələblərinə uyğun işlərin həyata keçirilməsinə nəzarət edir;
- inventar və avadanlıqların balansa götürülməsi və balansdan çıxarılması işlərinə nəzarət edir;
- kargüzarlıq xidmətinə daxil olan sənədlərin qəbul edilməsinə, qeydiyyatıa, aidiyyəti üzrə bölüşdürülməsinə nəzarət edir;
- idarənin fəaliyyəti ilə bağlı kütləvi informasiya vasitələrində yayımlanan materialların gündəlik monitorinqinin aparılmasına, media nümayəndələrindən və sosial media istifadəçilərindən daxil olan sorğu və müraciətlərin cavablandırılmasına nəzarət edir;
- kompüterdən istifadə zamanı əməkdaşlara texniki köməkliyin göstərilməsi, çap qurğuları və kompüterlərdə yaranmış problemlərin aradan qaldırılması işinə nəzarət edir;
- idarə rəhbərliyinin tapşırığına əsasən digər vəzifələri icra edir və s.
Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Vakant vəzifəni təqdim etmiş dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;
- Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar daxili müsahibə elan edilən dövlət orqanında ehtiyat kadr kimi saxlanılan şəxslər;