- Rayonda yerləşən müəssisə və təşkilatların fəaliyyətinə nəzarəti həyata keçirir və əlaqələndirir
- İstedadlı şəxslərin peşəkar inkişafına dəstək göstərilməsini təmin etmək məqsədilə təkliflər verir
- Tabe müəssisələrin fəaliyyətinə dair zəruri sənəd və sorğular hazırlayır
- İş planlarına və idarə rəhbərliyinin tapşırığına əsasən tabe mədəniyyət müəssisələrində keçirilən monitorinqlərdə iştirak edir
- Mədəniyyət müəssisə və təşkilatlarının qabaqcıl iş təcrübəsinin təhlili, təbliği və inkişaf etdirilməsində iştirak edir
- Rayon ərazisində əhalinin asudə vaxtının səmərəli keçirilməsinə yönəldilmiş proqramların işlənib hazırlanması və həyata keçirilməsində, müsabiqə, festival, sərgi və digər tədbirlərin təşkil edilməsində iştirak edir
- İstedadlı mədəniyyət işçiləri ilə məqsədyönlü iş aparır və yaradıcılıq mühitinin formalaşdırılmasına yardım göstərir
- Fəaliyyət göstərdiyi rayon üzrə bütün mədəniyyət müəssisələrinin iş planlarının layihələrini hazırlayır
- Rayon üzrə mədəniyyətin inkişafında xidmətləri olan mədəniyyət işçilərinin, yaradıcı şəxslərin və kollektivlərin peşə və yaradıcılıq fəaliyyəti barədə məlumat toplayır
- Regional İdarənin rəhbərliyi ilə razılaşdırımaqla rayonda yerləşən digər dövlət, bələdiyyə və fəaliyyəti qanunla qadağan olun
Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Vakant vəzifəni təqdim etmiş dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;
- Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar daxili müsahibə elan edilən dövlət orqanında ehtiyat kadr kimi saxlanılan şəxslər;