Sektor müdiri (İnzibati - təşkilati iş sektoru)

Sabirabad

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Sektora həvalə olunmuş vəzifələrin icrasının təmin edilməsi məqsədilə tərtib edilmiş iş planlarının və digər bu kimi sənədlərin icrasına nəzarət edir;
  • sektorun işçiləri arasında iş bölgüsünün aparır, onların icra və əmək intizamına riayət etmələrinə nəzarət edir;
  • sektorun əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi üçün idarə rəisinə təqdimatlar verir;
  • sektorda qulluq keçən dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsini təmin edir və s.
  • idarənin fəaliyyəti ilə bağlı tapşırılmış sənədləri, ərizə və şikayətləri qanuna müvafiq qaydada, vaxtında və keyfiyyətli icra olunmasını təmin edir;
  • idarənin tabeliyində olan müəssisə və təşkilatlarda hüquq və insan resursları üzrə xidmətin təşkili vəziyyəti ilə tanış olur, onlara hüquqi yardım göstərir;
  • işçilərin vəzifəyə təyin edilməsi, başqa vəzifəyə keçirilməsi və işdən azad edilməsi ilə bağlı əmək və dövlət qulluğu qanunvericiliyinin tələblərinə uyğun işlərin həyata keçirilməsinə nəzarət edir;
  • inventar və avadanlıqların balansa götürülməsi və balansdan çıxarılması işlərinə nəzarət edir;
  • kargüzarlıq xidmətinə daxil olan sənədlərin qəbul edilməsinə, qeydiyyatıa, aidiyyəti üzrə bölüşdürülməsinə nəzarət edir;
  • idarənin fəaliyyəti ilə bağlı kütləvi informasiya vasitələrində yayımlanan materialların gündəlik monitorinqinin aparılmasına, media nümayəndələrindən və sosial media istifadəçilərindən daxil olan sorğu və müraciətlərin cavablandırılmasına nəzarət edir;
  • kompüterdən istifadə zamanı əməkdaşlara texniki köməkliyin göstərilməsi, çap qurğuları və kompüterlərdə yaranmış problemlərin aradan qaldırılması işinə nəzarət edir;
  • idarə rəhbərliyinin tapşırığına əsasən digər vəzifələri icra edir və s.

Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

  • Vakant vəzifəni təqdim etmiş dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;
  • Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar daxili müsahibə elan edilən dövlət orqanında ehtiyat kadr kimi saxlanılan şəxslər;

Xüsusi tələblər

  • Təhsilə dair tələblər: ali təhsil
  • İş stajına dair tələblər: 2 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, internetdən istifadə (orta səviyyədə)
  • Xarici dil biliklərinə dair tələblər: yoxdur

Telegram kanalımız