Rəhbərin müavini (Lənkəran)

Lənkəran

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Regionun mədəniyyət sahəsinin inkişaf proqramlarının və planlarının layihələrini tərtib edir
  • Regional mədəniyyət ocaqlarının xidmətlərindən əhalinin istifadəsinin təmin olunması istiqamətində zəruri tədbirlər görür
  • Tabe müəssisələrin resurs təminatının təhlil edilməsi, əmlakın inventarlaşdırılması və pasportlaşması üçün şərait yaradır
  • Regionun iqtisadi və yerli xüsusiyyətlərini nəzərə alaraq əhalinin mədəni xidmətlərə olan tələbatı təhlil edir
  • Regionda mədəniyyət sahəsinin mövcud vəziyyəti və inkişafına dair materiallar hazırlayır
  • Regional mədəniyyət müəssisələrinin perspektiv və cari iş planlarına uyğun fəaliyyətlərini əlaqələndirir
  • Tabe müəssisələr üzrə təcrübə mübadiləsini təşkil edir
  • Tabe müəssisələrin şəbəkəsi üzrə statistik göstəricilərin toplanılması və ümumiləşdirilməsinə nəzarət edir
  • Öz səlahiyyətləri daxilində idarə rəisinin olmadığı müddətdə onu əvəz edir
  • İdarənin əsasnaməsi ilə nəzərdə tutulmuş və idarənin rəisi tərəfindən həvalə olunan digər vəzifə funksiyalarını icra edir

Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

  • Vakant vəzifəni təqdim etmiş dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;
  • Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar daxili müsahibə elan edilən dövlət orqanında ehtiyat kadr kimi saxlanılan şəxslər;

Xüsusi tələblər

  • Təhsilə dair tələblər: ali təhsil
  • İş stajına dair tələblər: dövlət qulluğunda 3 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı və yaxud 4 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən istifadə. (orta səviyyədə)
  • Xarici dil biliklərinə dair tələblər: Rus dili-B1;İngilis dili-B1;
Telegram kanalımız