Baş məsləhətçi - Masallı rayonu üzrə nümayəndə

Masallı

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Rayonda yerləşən müəssisə və təşkilatların fəaliyyətinə nəzarəti həyata keçirir və əlaqələndirir
  • İstedadlı şəxslərin peşəkar inkişafına dəstək göstərilməsini təmin etmək məqsədilə təkliflər verir
  • Tabe müəssisələrin fəaliyyətinə dair zəruri sənəd və sorğular hazırlayır
  • İş planlarına və idarə rəhbərliyinin tapşırığına əsasən tabe mədəniyyət müəssisələrində keçirilən monitorinqlərdə iştirak edir
  • Mədəniyyət müəssisə və təşkilatlarının qabaqcıl iş təcrübəsinin təhlili, təbliği və inkişaf etdirilməsində iştirak edir
  • Rayon ərazisində əhalinin asudə vaxtının səmərəli keçirilməsinə yönəldilmiş proqramların işlənib hazırlanması və həyata keçirilməsində, müsabiqə, festival, sərgi və digər tədbirlərin təşkil edilməsində iştirak edir
  • İstedadlı mədəniyyət işçiləri ilə məqsədyönlü iş aparır və  yaradıcılıq mühitinin formalaşdırılmasına yardım göstərir
  • Fəaliyyət göstərdiyi rayon üzrə bütün mədəniyyət müəssisələrinin iş planlarının layihələrini hazırlayır
  • Rayon üzrə mədəniyyətin inkişafında xidmətləri olan mədəniyyət işçilərinin, yaradıcı şəxslərin və kollektivlərin peşə və yaradıcılıq fəaliyyəti barədə məlumat toplayır
  •  Regional İdarənin rəhbərliyi ilə razılaşdırımaqla rayonda yerləşən digər dövlət, bələdiyyə və fəaliyyəti qanunla qadağan olunmayan özəl müəssisələrlə əlaqəli şəkildə birgə tədbirlərin təşkilində iştirak edir

Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

  • Vakant vəzifəni təqdim etmiş dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;
  • Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar daxili müsahibə elan edilən dövlət orqanında ehtiyat kadr kimi saxlanılan şəxslər;

Xüsusi tələblər

  • Təhsilə dair tələblər: humanitar və sosial ixtisaslar qrupu, mədəniyyət və incəsənət ixtisasları qrupu, iqtisadiyyat və idarəetmə ixtisasları qrupu, turizm və otelçilik ixtisası üzrə ali təhsil
  • İş stajına dair tələblər: 1 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, internetdən istifadə (orta səviyyədə)
  • Xarici dil biliklərinə dair tələblər: yoxdur

Telegram kanalımız