Müraciət
edən müştərilərə Müəssisənin məhsulları və xidmətləri haqqında tam olaraq məlumatlandırılması
və müştərilərin müvafiq suallarına ən uyğun formada ətraflı cavab verilməsi,
müştəriyə yüksək səviyyəli xidmət göstərmək, onun kreditoru seçməkdə səhv etmədiyinə
əmin olmasını təmin etmək.
Daxil
olan zənglərin zamanında cavablandırılması və müştərilərlə biznes etikası
standartlarına (müəyyən edilmiş “Script”-ə) uyğun olaraq (mehriban, təmkinlə, səbrlə,
gülərüzlə və s.) ünsiyyətin qurulması. Müştəri müraciətlərinin qəbulunda
stress, qəzəb və ya digər mübahisəli ünsürlərin yaranması zamanı təmkinliklə,
dolğun məlumatlandırmanı təmin etmək.
Sorğuların,
şikayətlərin, iddiaların sonrakı baxılması üçün vaxtında və düzgün yönləndirilməsi
və müvafiq şöbələrə yenidən bölüşdürülməsi.
Müştərilərin
çətinliklərini müvafiq səlahiyyət çərçivəsində həll edilməsi.
Müştərilərin
şəxsi kabinet əməliyyatları üzrə və kart hesabların (IBAN) informasiyası və
konsultasiyası ilə təmin edilməsi.
Sürətlə
inkişaf edən Fintech şirkətinin bir hissəsi olmaq;
Müasir
idarəetmə sistemi və mehriban kollektiv;
Öz bilik
və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
Tibbi
sığorta təminatının verilməsi (sınaq müddəti bitdikdən sonra);
Dadlıvə limitsiz qəhvə;
“Team building” tədbirlərinin
keçirilməsi;
İş vaxtı: 3 (üç) növbəli iş rejimi (09:00-dan 18:00-dək;
10:00-dan 19:00-dək; 11:00-dan 20:00-dək);
Əmək haqqı: Sınaq müddəti ərzində 500 azn (net), sınaq müddəti keçdikdən
sonra 700 azn (net) + KPİ bonus;
Əmək haqqı: Sınaq müddəti ərzində 500 azn (net), sınaq müddəti keçdikdən
sonra 700 azn (net) + KPİ bonus;
Ünvan: Bakı şəhəri, Xətai rayonu “Demirchi Tower” Biznes
Mərkəzi.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində
“Çağrı mərkəzi operatoru” qeyd edərək [email protected] elektron poçt ünvanına göndərməyiniz
xahiş olunur.
Xüsusi tələblər
Təhsil: Orta ixtisas, natamam ali, ali təhsilli;
Dil bilikləri: Azərbaycan və Rus dillərini mükəmməl bilmək;
Təcrübə: Müvafiq vəzifə üzrə 6 (altı) ay iş təcrübəsi (arzuolunandır);
Komputer bilikləri: Yüksək səviyyədə Excel biliyi; ERP sistemləri ilə bağlı ümumi anlayış;
Şəxsi keyfiyyətlər: Fikrini aydın ifadə etmə bacarığı, səlist və aydın intonasiya danışıq qabiliyyəti;