Bu vəzifənin rolu sifarişçi şirkət tərəfindən aparılan təmir-tikinti işlərinin təşkil və nazarət etmək.
Vəzifə öhdəlikləri: Yeni layihənin icrası, onun detallı şəkildə planlaşdırılması və partyorlardan dizayn proyektin alınmasını təşkil etmək.
Dizayn proyekti aldığdan sonra tikinti, mebel və bundan əlavə proyektdə istifadə olunan bütün materiallar üzrə tender prosesini təşkil etmək, materialların alınmasını təmin etmək və investisiya büdcəsini hazırlamaq.
Kontraktorlar müəyyən edildikdən sonra onlarla müqavilələri bağlamaq və layihənin dizayn proyektə uyğun olaraq icrasını təmin etmək.
Bütün işlər bitdikdən sonra layihəni düzgün şəkildə təhvil vermək.
Xüsusi tələblər
İqtisadiyyat/Biznesin idarə edilməsi üzrə Ali təhsil arzu olunandır.
Satınalma/təchizat zənciri/layihənin idarə edilməsi üzrə sertifikat arzu olunandır.
Təcrübə: Layihənin idarə olunması və ya Satınalma / Təchizat zənciri sahəsində ən az 1 il təcrübə.
Professional biliklər: Layihənin idarə olunması və ya Satınalma/Təchizat Zənciri
İngilis dili yüksək səviyyədə
MS Office proqramları
Professional bacarıqlar və kompetensiyalar: Biznes ünsiyyət