Kadrlar üzrə aparıcı mütəxəssis

Bakı

SOCAR
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

• İşçilərin sorğularına əsasən əmək haqqı və orta aylıq əmək haqqları barədə, əmək fəaliyyəti haqqında, tibbi sığorta üçün arayış hazırlamaq;

• SAP ERP sistemində hazırlanmış arayışları (işçiyə təqdim edilməsi üçün) dəftərxanaya vermək;

• İdarə üzrə işçilərin tibbi müayinəsinin təşkil edilməsi ilə bağlı işləri həyata keçirmək;

• İşçilərin siyahısı, işlədiyi sahə, peşəsi, ümumi iş stajı və zərərli əmək şəraitində işlədiyi staj, müayinələrin dövriliyi, əvvəlki tibbi müayinə tarixi, təhlükəli və zərərli istehsalat amilləri və Səhiyyə Nazirliyinin 24/2 saylı əmrinin müvafiq bəndi qeyd olunmaqla“ Zərərli istehsalat şəraitində işləyən işçilərin siyahı forması”nı doldurmaq, siyahını viza və təsdiqə göndərmək;

• Baş mühəndisin Əməyin mühafizəsi üzrə müavini ilə birlikdə araşdırma aparmaq və tam «Siyahı»nı hazırlamaq;

• "Qaz Ixrac" İdarəsindən (növbəti ilin əvvəlində) daxil olmuş

“Müəssisələr üzrə dövri tibbi müayinə qrafiki”ni qəbul etmək;

• Tibb müəssisəsi ilə əlaqə (telefonla) saxlamaq, arayışları qəbul etmək və tibbi müayinədən keçmiş işçiləri «Siyahı» üzrə yoxlamaq və uyğunsuzluqları araşdırmaq;

• Yekun aktlarını imzaya göndərmək və möhürlənmiş yekun aktının 1nüsxəsini şöbədə saxlamaq, 2 nüsxəsini GEM-ə göndərmək;

• İşçilərin (sahə üzrə) tibbi müayinədən keçirilməsi ilə bağlı aparılmış bütün əməliyyatları SAP sistemlərində işləmək və şəxsi işə tikmək;

• Struktur bölmələrdə əmək intizamına və daxili intizam qaydalarına əməl edilməsi vəziyyətinə nəzarət etmək;

• Struktur bölmələr tərəfindən təqdim edilən iş vaxtının uçotu cədvəllərinin düzgünlüyünün davamiyyət jurnalı və iş, istirahət, üzürlü səbəblərdən işdə olmamağa dair məlumatlarla sənədli yoxlanılmasını təmin etmək;

• Şəxsi heyət üzrə əmrlərin (işçinin soyadının dəyişməsi, qanunvericilikdə nəzərdə tutulmuş hallarda işçiyə orta aylıq əmək haqqı saxlanılmaqla istirahət gününün verilməsi, kollektiv müqaviləyə əsasən əlavə məzuniyyətin verilməsi və s.) hazırlamaq;

• Işçilərin vəzifə dəyişikliyinin sənədləşdirilməsini həyata keçirmək;

• İşçilərin mükafatlandırılması və ya intizam məsuliyyətinə cəlb olunması ilə bağlı işçi haqqında bütün məlumatları (lazımi sənədlərlə birgə) yığmaq və rəsmi məktubla Qİİ-yə göndərmək,SAP ERP sistemində əməliyyatı aparmaq və T2 vərəqində qeydlər etmək;

• Xəstəlik vərəqələrinin qeydiyyatı və uçotunu aparmaq və itirilmiş iş günləri haqqında hesabatı hazırlamaq və rəsmi məktubla Qİİ-yə göndərmək;

• Əmək müqavilələrinin bağlanması ilə bağlı fəaliyyətləri icra etmək:

• Sahədə işə qəbulun yuxarı təşkilat tərəfindən qoyulmuş qayda və standartlara uyğun olaraq müvafiq sənədləşdirmə aparmaqla həyata keçirilməsini təmin etmək;

• Sahə daxilində yaranmış vakansiyalarla bağlı olaraq vakansiyanın təsviri formasını doldurmaq;

• Müsahibədən keçmiş namizədin sənədlərinin düzgünlüyünü yoxlamaq;

• Əmək müqaviləsini hazırlamaq, elektron hökumət portalında qeydiyyatını aparmaq, əmək müqaviləsini imza və təsdiqə göndərmək;

• İşə qəbulla bağlı SAP ERP sistemində müvafiq əməliyyatları aparmaq və əmri hazırlamaq;

• Əmək müqaviləsi və ərizəni əmrə qoşma etmək və əmri viza və təsdiqə göndərmək, təsdiq edilmiş əmrin müvafiq şöbə və sahələrə yayımlanması üçün dəftərxanaya vermək;

• Əmək kitabçasında qeydiyyat aparmaq və imzaya vermək, yeni əmək fəaliyyətinə başlayan işçiyə əmək kitabçası açmaq, işə qəbul ilə əlaqədar müvafiq qeydlər aparmaq və əmək kitabçalarını saxlamaq;

• İşçi üçün şəxsi işi hazırlamaq və işçiyə ilkin təlimat keçməsi üçün qeydiyyat vərəqəsini vermək;

• Vəzifə və peşə təlimatlarını şəxsi işə tikmək;

• Əmək kitabçalarının hərəkəti haqqında kitabda və digər müvafiq

qeydiyyat jurnallarında qeydlər aparmaq;

• Şəxsi vərəqəni (T2) doldurmaq və işçiyə imzalatmaq;

• İşçi haqqında bütün məlumatları SAP sisteminə daxil etmək;

• Əmək müqaviləsinə xitam verilməsini sənədləşdirmək;

• İşçinin müxtəlif səbəblərə görə işdən çıxması ilə bağlı işçi haqqında bütün məlumatları (o cümlədən, müavinət almaq hüququnun olubolmamasının) yoxlamaq;

• İşçi yaşa görə təqaüdə çıxdıqda əmək haqqının 5 misli miqdarını

qeyd etməklə razılaşma formasını tərtib etmək və imzaları yığmaq;

• İşçi bu və ya digər səbəblə işdən çıxdıqda Əmək məcəlləsinin müvafiq maddəsinə uyğun məktubu hazırlamaq və məktubu Həmkarlar İttifaqı Komitəsi ilə razılaşdırmaq;

• SAP sistemində əməliyyat aparmaq və əmr hazırlamaq;

• İşçi vəfat etdikdə əmrdə işçinin orta aylıq əmək haqqının 3 misli miqdarının vərəsəyə ödənilməsini, əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə işçiyə orta aylıq əmək haqqının 2 misli miqdarında müavinət ödənilməsini qeyd etmək;

• Əmri imzaya göndərmək və təsdiq edilmiş əmrin müvafiq şöbə və sahələrə yayımlanması üçün dəftərxanaya vermək;

• Elektron hökümət portalında qeydlər aparmaq və bildirişi çap edilərək arxivləşdirmək;

• İstifadə olunmamış məzuniyyət günləri üçün kompensasiyanı və istifadə olunmuş məzuniyyət günləri üçün tutulmaları son haqq-hesab vərəqəsində qeyd etmək və işçiyə təqdim etmək;

• T2 vərəqində işdən azad olunma haqqında qeydlər aparmaq;

• Əmək kitabçalarının uçotu və hərəkəti barədə qeydiyyat kitabına qeydlər etməki və işçinin kitabı imzalamasından sonra əmək kitabçasını işçiyə vermək;

• Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı müxtəlif arayışları hazırlamaq və dəftərxanaya vermək;

• Xasiyyətnamə (lazım olduqda) hazırlamaq, imzaları yığmaq və işçiyə təqdim olunması üçün dəftərxanaya vermək;

• Sənədləri aidiyyatı üzrə qovluqlara (kağız formasında) tikmək və arxivləşdirmək;

• İşçi haqqında bütün məlumatları SAP sisteminə daxil etmək;

• Optimallaşma ilə bağlı işlərin sənədləşdirilməsi:

• Vakansiyaların Komplektləşdirilməsi üzrə Komissiya tərəfindən müəyyən edilmiş, ixtisara düşəcək xidmət və vəzifələr üzrə (2 ay əvvəl) bildiriş hazırlamaq;

• Bildirişə imzaları yığmaq, bir nüsxəsini işçiyə vermək, digər nüsxəsini isə şöbədə saxlamaq;

• Yerdəyişməni və ya əmək müqaviləsinə xitam verilməsini rəsmiləşdirmək;

• İllik məzuniyyət cədvəllərini tərtib etmək:

• Hər ilin sonunda növbəti il üçün məzuniyyət qrafiklərinin tərtib edilməsi ilə bağlı bütün xidmət və şöbələrə e-mail vasitəsilə müraciət göndərmək;

• Məzuniyyət qrafiklərini yoxlamaq, qanunvericiliyə uyğun tərtib etmək (nomenklatur işçilər üçün , hər şöbə,xidmət və sahə aparatı üzrə ayrı), çap etmək, imza və təsdiqə göndərmək;

• Təsdiq edilimiş məzuniyyət qrafiklərini rəsmi məktubla Qİİ-yə göndərmək;

• SAP-da işçilərin növbəti il üçün məzuniyyət kvotasını yaratmaq;

• İl ərzində qrafik üzrə məzuniyyətə çıxmalara nəzarət etmək;

• Məzuniyyət əmrlərini rəsmiləşdirmək:

• SAP-da məzuniyyət (ödənişli, ödənişsiz və ya qismən ödənişli, məzuniyyətin uzadılması haqqında) əməliyyatlarını aparmaq və Əmək Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq əmr hazırlamaq;

• Məzuniyyət haqda əmri (ərizə və digər lazımi sənədlər qoşma edilərək) viza və təsdiqə göndərmək və aidiyyatı üzrə yayımlanması üçün dəftərxanaya vermək;

• T2 qeydiyyat vərəqəsində və müvafiq cədvəllərdə qeydlər aparmaq və əmri arxivləşdirmək;

• İnsan Resurslarının İdarəedilməsi ilə bağlı hesabatlar hazırlamaq:

• Personalın idarə olunması ilə bağlı hesabatları və statistik hesabatları tərtib etmək və müvafiq dövlət orqanlarına müəyyən olunmuş qaydada təqdim etmək;

• Aparılan əməliyyatları hesabat üçün xüsusi formalara uyğun cədvəl şəklində tərtib etmək;

• Aylıq və yarımillik hesabatları hazırlamaq:

• Kadr axını haqqında məlumat hazırlamaq;

• İşə qəbul olunan işçilər haqqında məlumat hazırlamaq;

• İşə qəbul olunan işçilərin hərəkəti haqqında məlumat hazırlamaq;

• İşçilərin yaş həddi haqqında məlumat hazırlamaq;

• .İşdən azad olunan işçilərin sayı haqqında məlumat hazırlamaq;

• İşçilərin təhsili haqqında məlumat hazırlamaq;

• Məcburi köçkünlər, əlillər,şəhid ailələri və müharibə iştirakçıları haqqında məlumat hazırlamaq;

• İllik hesabatları hazırlamaq:

• Kadr axını haqqında məlumat hazırlamaq;

• İşçilərin hərəkəti haqqında məlumat hazırlamaq;

• İşə qəbul olunan işçilər haqqında məlumat hazırlamaq;

• Pensiya yaşınının çatması, müəssisənin ləğvi və ştat ixtisarı ilə

əlaqədar işdən azad olma haqqında məlumat hazırlamaq;

• İşçilərin yaş həddi, iş stajı barədə məlumat hazırlamaq;

• Təqaüdçülər haqqında məlumat hazırlamaq;

• Əmək intizamının vəziyyəti haqqında məlumat hazırlamaq;

• Şəhid ailəsi üzvləri,əlillər,müharibə iştirakçıları və qaçqınlar haqqında məlumat hazırlamaq;

• Elmi dərəcəsi olan işçilər barədə məlumat hazırlamaq;

• Fəxri adları olan və Azərbaycan Respublikasının orden və medalları

ilə təltif olunmuş işçilər haqqında məlumat hazırlamaq;

• İstifadə edilməmiş əmək məzuniyyətləri haqqında məlumat hazırlamaq;

• Əmək qabiliyyətini müvəqqəti itirmiş işçilər haqqında məlumat hazırlamaq;

• İşləyən qadınlar haqqında məlumat hazırlamaq;

• Gənclər haqqında məlumat hazırlamaq;

• Pensiya yaşı çatmış işçilər haqqında məlumat hazırlamaq;

• Statistik hesabatları hazırlamaq:

• Vakant yerlər haqqında 1İ formalı hesabat hazırlamaq;

• İşə qəbul edilən və işdən çıxarılan işçilər haqqında 2İ formalı hesabat hazırlamaq;

• İş yerlərinin və işçilərin ortaillik siyahı sayı haqqında 3İ formalı hesabat hazırlamaq;

• İşçilərin sayı və ştatları ixtisar edildikdə işdən çıxarılacaq işçilər haqqında 4İ formalı hesabat hazırlamaq;

• İşçilərin hərəkəti haqqında 5İ formalı hesabat hazırlamaq;

• Hazırlanmış hesabatları viza və təsdiqə göndərmək;

• Təsdiq edilmiş aylıq,yarımillik və illik hesabatları Qİİ-nin İnsan

Resursları şöbəsinə göndərmək;

• Rəsmi statistik hesabatı (yarımillik və illik) Yerli Məşğulluq 

Mərkəzinə göndərmək;

• Aylıq faktiki say hesabatını hazırlamaq və İqtisadiyyat və Uçot

şöbəsinə göndərmək;

• SAP ERP sistemi üzrə hazırlanmış aylıq (İdarə üzrə) kadr axını üzrə

hesabat hazırlamaq;

• Ali məktəb tələbələrinin ödənişsiz təcrübə keçməsinin təşkil

edilməsi ilə bağlı fəaliyyətləri icra etmək:

• Müvəqqəti işə qəbulla bağlı SAP sistemində əməliyyat aparmaq və

Əmək Məcəlləsinin müvafiq maddəsinə uyğun əmr hazırlamaq, imza və

təsdiqə göndərmək;

• Aparılan bütün əməliyyatları (işə qəbul olunma və işdən azad olma) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vahid elektron portalında qeyd etmək və bildiriş çıxarılaraq arxivləşdirmək;

• Əmək kitabçasında, T2 vərəqində və digər qeydiyyat jurnallarında qeydlər etmək, son haqq-hesab vərəqəsini işçiyə vermək;

• Əmək kitabçalarının uçotu və hərəkəti barədə qeydiyyat kitabına qeydlər etmək və işçinin kitabda imzalamasından sonra əmək kitabçasını işçiyə təhvil vermək;

• İşçilərin ixtisas dərəcələrinin artırılmasının təşkili ilə bağlı işlər görmək:

• İddiaçı namizədlər haqqında məlumatları SAP sistemləri və T2 vərəqələri üzrə toplamaq;

• İşçi haqqındakı məlumatlar iddia edilən dərəcənin kvalifikasiya tələblərinə uyğun olmadıqda İşçiyə yazılı şəkildə məlumat vermək;

• İşçi haqqındakı məlumatlar iddia edilən dərəcənin kvalifikasiya tələblərinə uyğun olduqda iddiaçı işçilərin siyahısını cədvəl şəklində hazırlamaq və Outlookla Qİİ-nin İnsan Resursları şöbəsinə göndərmək;

• Tərtib edilmiş imtahan suallarını yoxlamaq və bilet formasında tərtib etmək;

• Xidmət və şöbə rəislərini imtahanın keçirilmə vaxtı barədə elektron məktubla xəbərdar etmək;

• SAP ERP sistemində ixtisas dərəcəsinin artırılması ilə bağlı əməliyyat aparmaq və əmr hazırlamaq və viza və təsdiqə göndərmək;

• Təsdiq edilmiş əmri müvafiq şöbə və sahələrə yayımlanması üçün dəftərxanaya vermək;

• Əmrə müvafiq olaraq, əmək müqaviləsində dəyişikliklər etmək və imzaları yığmaq;

• Elektron hökümət portalında dəyişikliklərin qeydiyyatını aparmaq və bildirişi çap edilərək arxivləşdirmək;

• İddiaçı namizədlər haqqında məlumatları SAP sistemləri və T2 vərəqələri üzrə toplamaq;

• İşçi haqqındakı məlumatlar iddia edilən dərəcənin kvalifikasiya tələblərinə uyğun olmadıqda İşçiyə yazılı şəkildə məlumat vermək;

• İşçi haqqındakı məlumatlar iddia edilən dərəcənin kvalifikasiya tələblərinə uyğun olduqda iddiaçı işçilərin siyahısını cədvəl şəklində hazırlamaq və Outlookla Qİİ-nin İnsan Resurslarışöbəsinə göndərmək;

• Tərtib edilmiş imtahan suallarını yoxlamaq və bilet formasında tərtib etmək;

• Xidmət və şöbə rəislərini imtahanın keçirilmə vaxtı barədə elektron məktubla xəbərdar etmək;

• SAP ERP sistemində ixtisas dərəcəsinin artırılması ilə bağlı əməliyyat

aparmaq və əmr hazırlamaq və viza və təsdiqə göndərmək;

• Təsdiq edilmiş əmri müvafiq şöbə və sahələrə yayımlanması üçün dəftərxanaya vermək; 

• Əmrə müvafiq olaraq, əmək müqaviləsində dəyişikliklər etmək və imzaları yığmaq;

• Elektron hökümət portalında dəyişikliklərin qeydiyyatını aparmaq

və bildirişi çap edilərək arxivləşdirmək;

• T2 vərəqəsində və müvafiq jurnallarda qeydiyyat aparmaq və işçiyə imzalatdırmaq;

• Şəxsi işdə və əmək kitabçasında qeydlər aparmaq və sənədləri şəxsi işə tikmək;

• İşçilərin təlimlərə göndərilməsinin təşkili ilə bağlı işlər görmək:

• Növbəti il üçün ehtiyac duyulan təlimlərin müəyyənləşdirilməsi üçün xidmət və şöbələrə elektron məktubla müraciət etmək;

• İşçilərin müxtəlif təlimlərə göndərilməsi ilə bağlı xidmət və şöbələrdən daxil olmuş sifarişləri ümumiləşdirmək;

• Tələbnamə formasını doldurmaq, rəsmi məktubu hazırlamaq və viza və təsdiqə göndərmək, təsdiq edilmiş məktubu Qİİ-yə göndərmək;

• SAP ERP sistemində təlimlə bağlı əməliyyatlar aparmaq;

• Müxtəlif kurslarda iştirak edəcək işçilər (sahə üzrə) haqqında müvafiq əmri hazırlamaq, əmri viza və təsdiqə göndərmək, təsdiq edilmiş əmri aidiyyatı üzrə yayımlanması üçün dəftərxanaya vermək;

• Təlim keçmiş işçilərin sertifikatını almaq, əslini işçiyə vermək, surətini və qiymətləndirmə cədvəlini işə tikmək;

• İşçilərin təlimə göndərilməsi ilə bağlı bütün məlumatları SAP-a daxil etmək;

• İstehsalat təcrübəsinin müəssisədə təşkil olunması ilə bağlı müvafiq əmri hazırlamaq və aidiyyatı üzrə yayımlanması üçün dəftərxanaya vermək;

• Vəzifə standartı və digər normativ sənədlər ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək;

• Əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək;

• Əməyin təhlükəsizliyi normalarına əməl etmək;

• İşəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq;

• Dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq;

• İş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq;

• Fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək;

• Əmək qanunvericiliyinin və fəaliyyətini tənzimləyən digər normativ sənədlərin tələblərinə əməl etmək.

• Səlahiyyətinə aid olan məsələlər üzrə işlədiyi təşkilatı müəyyən olunmuş qaydada digər təşkilatlarda təmsil etmək;

• Səlahiyyətinə aid olan məsələlər üzrə təkliflər ilə çıxış etmək;

• Rəhbərliyin çağırdığı müşavirələrdə səlahiyyətinə aid olan məsələlərin müzakirəsində iştirak etmək;

• Təşkilat daxilində qarşılıqlı əlaqə bağlılığı olan şöbə və bölmələrdən səlahiyyəti çərçivəsində lazım olan məlumatları tələb etmək;

• Əmək qanunvericiliyi və digər normativ sənədlərlə müəyyən olunmuş digər hüquq və səlahiyyətləri yerinə yetirmək.

Xüsusi tələblər

• Ali bakalavr / Müvafiq sahə üzrə 1 İl / Müvafiq sahə üzrə
• Sertifikat tələbləri 4 Sertifikat Müvafiq ixtisas kursu
• Dərketmə
• Detallara diqqət
• Dürüstlük
• Etik davranış
• Məsuliyyət
• Mühakimə
• Nizam-intizam
• Peşəkarlıq
• Problem analiz etmə
• Şifahi özünüifadə
• Təqdimetmə
• İşi təqib etmə
• Yaradıcılıq
• Yazılı özünüifadə
• Microsoft Excel
• Microsoft Word
• Microsoft Outlook
• Əmək hüququ
• Kadr uçotu
• İş vaxtının uçotu
• İşçilərin attestasiyası
• Öyrənmə və inkişaf
• Karyeranın idarə edilməsi
• Kadr işi
• SAP HR
• Fəaliyyəti tənz. daxili normativ sənəd.
• Davran. və Təhlükəsizl. Müşahidə Sistemi
• Neft sən. əm. müh. vah. idarəet. sistemi
• Neft Sənayesində Əməyin mühafizəsinin Vahid İdarəetmə Sistemini;
• Davranışın və Təhlükəsizliyin Müşahidə Sistemini;
• Əmək hüququnu;
• Kadr uçotunu;
• İş vaxtının uçotunu;
• İşçilərin attestasiyasını;
• Fəaliyyəti tənzimləyən daxili normativ sənədləri;
• Öyrənmə və inkişaf proqramını;
• Karyeranın idarə edilməsi proqramını;
• Kadr işini.

Telegram kanalımız