Sahə rəisi

Bakı

Project Terra
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Azərbaycan Respublikası ərazisi daxilində yerləşən şəhər, rayon və kəndlərdə üzərindən fiber optik kabellərin çəkilməsi üçün nəzərdə tutulmuş kommunikasiya dirəklərinin basdırılması işlərinin icra edilməsi.
  • Verilmiş lokasiyalarda yerli əhalidən bu işlərin görülməsini həyata keçirəcək komandanın qurulması.
  • Verilmiş lokasiyalarda yaşayış yeri və materialların yerləşdirilməsi üçün anbar təşkil etmək.
  • Verilmiş lokasiyalarda materialların daşınması üçün nəqliyyat vasitəsi təşkil etmək.
  • İş günləri: Bazar ertəsi - Şənbə

Xüsusi tələblər

  • Təyinat üzrə verilmiş lokasiyalarda yaşayış yeri və anbar təşkil edilməli.
  • Materialların anbara qəbul etməli və uçotunu aparılmalı.
  • Marerialların iş sahəsinə daşınması üçün nəqliyyat vasitəsi təşkil edilməli.
  • Layihənin icrası üçün işçi qüvvə və komanda qurulmalı.
  • Layihə verilmiş tapşırıq və standartlara uyğun şəkildə icra olunub müvafiq formada təhvil verilməli.
  • Görülmüş işlərlə bağlı gündəlik hesabatlar hazırlanıb, təqdim edilməli.
  • Müvafiq sahədə min. 3 il iş təcrübəsi olmalı.
  • Müvafiq sahə üzrə orta təhsil (ali təhsil arzu olunandır).
  • Kompüter bilikləri MS Windows, MS Office.
  • Layihə cizgilərini oxumağı bacarmalı və tələbləri uyğun formada yerinə yetirməli.
  • İşə qarşı məsuliyyətli olmalı və komandanı idarə edə bilməli.

Müraciət etmək üçün: info@projectterra.az
Telegram kanalımız