Nə təklif edirik? Bazar rəqabətinə uyğun əmək haqqı;
Könüllü tibbi siğorta;
“Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük;
Peşəkar komanda ilə işləmək fürsəti;
İşçinin inkişafı üçün təlim, tədris proqramları.
İşin təsnifatı: Layihələr üzrə master iş qrafiklərinin layihə rəhbəri ilə müzakirə edilərək hazırlanması;
Master iş qrafiki əsasında tender qrafiklərinin tərtib olunması;
Podratçılardan detallı iş qrafikinin alınmasını təmin etmək və analiz edərək düzəlişlər etmək, ehtiyac yarandıqda podratçılarla iclas təşkil edilərək detallı iş qrafikinin hazırlanmasında köməklik göstərmək;
Podratçılarla hesabat formalarının hazırlanma qaydalarını izah və müzakirə etmək;
Podratçılar tərəfindən təmin edilən işçi qüvvəsinə həftəlik olaraq nəzarət etmək və hesabat hazırlayaraq layihə rəhbəri və komandası ilə müzakirə etmək;
Podratçılar tərəfindən göndərilən məlumat və ya hesabatların doğruluğunu sahə komandası ilə yoxlamaq, yanlış məlumat olduğu təqdirdə podratçının düzgün hesabat göndərməsini tələb və təmin etmək;
Podratçılarla sahə iclaslarında iştirak etmək;
Layihələrdən toplanan məlumatları analiz edərək həftəlik hesabatların hazırlanması;
Layihələr üzrə gecikmə hesabatlarının hazırlanması;
Gecikmələrin səbəblərini aşkarlamaq və qarşısını almaq üçün tədbirlərin müəyyənləşdirilməsi;
Həftəlik hesabatları layihə rəhbəri və komandası ilə müzakirə etmək;
Sahələrdən alınan həftəlik hesabatlar nəticəsində iş qrafiklərinin həftəlik olaraq yenilənməsi;
Sahələrə səfərlər edərək görülən işlərin göndərilən hesabatlarla doğruluğuna nəzarət edilməsi;
Sahə səfərləri hesabatlarının hazırlanması;
Layihələndirmə mərhələsində inkişaf statusunun həftəlik yenilənməsi;
Şirkətin işçi resurslarının layihələr üzrə paylanılmasını, resursların planlanmasını həyata keçirmək;
Satınalmalar şöbəsindən alınan məlumat əsasında tenderdə olan layihələrin statusunun dəyərləndirilməsi;
Həftəlik hesabatlarda planlaşdırılan və faktiki inkişaf fərqinin (delta) göstərilməsi.
Həftəlik hesabat əsasında SPI məlumatların hazırlanması;
Tikinti xərclərinə nəzarət komandasından toplanan məlumatları analiz edilərək CPI məlumatların hazırlanması.
Xüsusi tələblər
Öz təşəbbüslərindən istifadə etmək bacarığı;
İşin vaxtı vaxtında tamamlanması və təqdim olunması;