Avtomobillərin təmiri üzrə çilingər

Bakı

SOCAR
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

•Avtomobillərin mürəkkəb və məsul aqreqat, qovşaq və cihazlarının stend üzərində və şassidə texniki xidmət zamanı nizamlamaq və sınaqdan keçirmək;
•Yoxlayıcı aparaturada və yoxlayıcı ləvazimatlarla elektrik avadanlığının detal və qovşaqları yoxlamaq;
•Elektrik avadanlığı cihaz və aqreqatlarının sxem üzrə qurulması və şəbəkəyə qoşmaq; 
•Təmir, yığma və sınaq prosesində avtomobil aqreqat və qovşaqlarında və elektrik avadanlığı cihazlarında mürəkkəb qüsurların və nasazlıqların aşkar və ləğv etmək;
•Detalların mürəkkəb və məsul çilingər emalı, 6-7-ci kvalitetlər (1-2-ci dəqiqlik dərəcələri) üzrə tamamlamaq;
•Ən mürəkkəb konfiqurasiyalı detal və qovşaqların statik və dinamik tarazlaşdırmaq;
•Yük və minik avtomobillərində və avtobuslarda hərəkətin təhlükəsizliyini təmin edən sistem və aqreqatların diaqnostikası və nizamlanmaq.

Xüsusi tələblər

•Peşə təhsili / Müvafiq sahə üzrə 1 İl / Müvafiq sahə üzrə
•Məsuliyyət
•Nizam-intizam
•Dürüstlük
•Etik davranış
•Peşəkarlıq 
•Şifahi özünüifadə
•Avtomobillərin quruluşu haqqında əsas məlumatları;
•Sadə qovşaqların yığılma qaydasını; elektrik naqillərin ayrılması, birləşdirilməsi, izolyasiya edilməsi və lehimlənməsi üsullarnı;
•Elektrotexnika və izolyasiya materiallarının əsas növlərini, onların xassələrini və təyinatını; bərkidici işlərin
yerinə yetirmə üsullarını, birinci və ikinci texniki xidmətin həcmlərini;
•Ən geniş yayılmış universal və xüsusi ləvazimatların və orta mürəkkəbli nəzarət-ölçü alətlərinin təyinatını və tətbiq qaydalarını;
•Emal edilən materialların əsas mexaniki xassələrini; soyuducu və tormoz mayelərin, yağın və yanacağın
təyinatını və işlədilməsini;
•Pnevmatik və elektrik alətin tətbiqi qaydalarnı;
•Gördüyü işin həcmində elektrotexnika və metalların texnologiyası üzrə əsas məlumatlarını;
•Orta mürəkkəbli qovşaq, aqreqat və cihazların quruluşunu və təyinatını;
•Avtomobillərin və motosikletlərin yığılma, detal, qovşaq, aqreqat və cihazların təmir qaydalarını;
•Elektrik avadanlığı cihaz və aqreqatların sökülməsi, yığılması, çıxarılması və qurulmasının əsas üsullarını;
•Məsul tənzimlənmə və bərkitmə işlərini; elektrik avadanlığı sistemində səciyyəvi nasazlıqları, onların aşkar və
ləğvetmə üsullarını;
•Elektrik avadanlığının təmirində işlədilən materialın təyinatmı və əsas xassələrini; metalın əsas xassələrini;
•Detalların istiliklə emalınm təyinatını;
•Universal və xüsusi ləvazimatın və orta mürəkkəbli nəzarət-ölçü alətlərinin quruluşunu;
•Müsaidə və oturmaları, kvalitetləri (dəqiqlik dərəcələri) və nahamarlıq parametrlərini (təmiz emal
dərəcələrini).

Oxşar vakansiyalar

 
  • Sumqayıt

  • 400 - 800 AZN

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bərdə

  • Razılaşma yolu ilə

  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • 1200 - 1800 AZN

Telegram kanalımız