Instrument Technician

Bakı

Umid Babek Operating Company

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Mexaniki Səviyyə ölçənlərinin təmiri (yağın dəyişdirilməsi, Yayın dəyişdirilməsi, lentin dəyişdirilməsi, üzgəcin dəyişdirilməsi, əqrəb mexanizmlərin dəyişdrilməsi).
  • Səviyyə transmitterlərinə texniki baxışın keçirilməsi (Qidalanmanın yoxlanılması, yağın təmizlənməsi).
  • Texnoloji sahədə yerləşən NÖC və Avtomatika avadanlıqlarınına texniki baxışın keçirilməsi (Temperatur, təzyiq, səviyyə və sərf transmitterləri, alov və qaz detektorları).
  • Pnevmatik tənzimləyicinin təmir edilməsi.
  • Özü yazan manometrlərə baxışın keçirilməsi. 
  • Özü yazan manometrlərdə nasazlıqların aradan qaldırılması.
  • Qaz sərfinini hesablayan cihazlara baxışın keçrilməsi. 
  • Lay suları sahəsində NÖC və Avtomatika cihazlarına baxış keçirilməsi.
  • Lay suları sahəsində NÖC və Avtomatika cihazlarında təmir işlərinin icrası.
  • Nasoslarının elektrik idarəetmə dövrələrinə baxış keçirilməsi, təmirin aparılması.
  • Avtomatlaşdırılmış tənzimləyici klapanda texnikin baxışın keçirilməsi, təmir işinin icrası
  • Turbokvant (kondensat sərfi ölçən) təmir işlərinin və texniki baxışın aparılması.
  • Sobalar sahəsində, NÖC və Avtomatlaşdırma avadanlıqlarına texniki baxışın keçirilməsi, təmir işlərinin aparılması.
  • Mürəkkəb elektromaqnit, elektrodinamik, istilikölçən, optiki-mexaniki, hesab, avtomatik, pirotexnik və digər cihazların məsul detal və qovşaqlarını uyğunlaşdırıb son şəklə salmaqla təmiri, nizamlanması, sınağı, yustirlənməsi, quraşdırılması və təhvil verilməsi;
  • Rele mühafizəsi, elektroavtomatika və telemexanika qurğularının köklənməsi və sazlanması;
  • Mürəkkəb birləşmə sxemlərinin tərtib edilməsi və quraşdırılması;
  • Cihazların yoxlanılması və sınanmasında mütləq və nisbi xətaların hesablanması;
  • Qüsurlar cədvəlinin tutulması, cihazlara və avtomatlara pasportların və attestatların doldurulması.
  • Kabel yollarının montaj quraşdırlma işlərinin aparılması.
  • Kabellərin atılması və ATEX standartlarına uyğun birləşmə qutularına və cihazlara montaj edilməsi (qləndlərin vurulması).
  • İmpuls xətlərinin çəkilməsi, fitinqlərin quraşdırılması, təzyiqə sınaq testlərində texniki dəstəyin verilməsi.
  • Yanğın siqnalizasiya detektorlarına texniki baxışın keçirilməsi.
  • Emerson DCS idarəetmə panellərinə texniki xidmətin keçirilməsi.
  • Delta V sisteminə nəzarət.
  • Gündəlik texniki baxış cədvəllərinin doldurulması və rəhbərliyə nəticələr haqqında məlumatın verilməsi.

Xüsusi tələblər

  • Rokweb (qaz sərfinin ölçülməsi) proqramı;
  • Hart kommunikatorla ilə işləmə bacarığı;
  • Avtomatika-metrologiya ölçmə işləri;
  • Avtomatika-metrologiya avadanlıq-qurğuların quraşdırılması;
  • Avtomatika-metrologiya avadanlıq-qurğularına baxış;
  • Avtomatika-metrologiya avadanlıq-qurğularına qulluq;
  • Avtomatika-metrologiya avadanlıq-qurğularının təmiri;
  • Elektrik avadanlıq-qurğuların istismarı;
  • Fəaliyyəti tənzimləyən daxili normativ sənədlər;
  • Məsuliyyət;
  • Keyfiyət yönümlülük;
  • Qaydalara riayət etmə;
  • Dürüstlük;
  • Etik davranış;
  • Peşəkarlıq;
  • Şifahi Özünüifadə.

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

 
  • Füzuli

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız