İş yeri: Bakı şəhəri, Xəzər rayonu, Zirə Dəniz Limanı
6 günlük iş həftəsi
Nahar fasiləsi: 12:00-13:00
Servis xidmeti var Koroglu M/S
Əmək haqqı günü 35azn
Rəsmi sənədləsmə.
Qaynaq aparatını işə salmazdan əvvəl ona nəzarət etməli, vizual baxış keçirməli, qaynaq məftilini, istifadə edilən qaz qarışığını yoxlamalı, aşkar edilən nasazlıqları aradan qaldırmalı və sahə rəisinə məlumat verməlidir;
Qaynaq aparatından istifadə edərkən istehsalçı zavodun istismar təlimatına əməl etməlidir;
Təhlükəsizlik texnikası və yanğın təhlükəsizliyinə dair təlimatı yaxşı bilməli və iş vaxtı onlara ciddi riayət etməlidir;
İşə başlayarkən sahə rəisinin və yaxud növbə rəisinin növbə üçün nəzərdə tutulmuş tapşırığı ilə tanış olmalıdır;
Verilmiş tapşırığı yerinə yetirməli, bu barədə sahə rəisinə məlumat verməlidir;
Temperatur rejiminə ciddi nəzarət etməlidir;
Mürəkkəb metalkonstruksiyaların qaynaq edilməsi, qaynaq olunacaq konfiqurasiyaların çertyojla oxunması və s;
Qaynaq avadanlıqlarının quruluşunu və işləmə qaydalarını, dəyişən və sabit cərəyanla qaynaq, qaynağın növlərini, qaynaq edilən metalların xassələrini bilməlidir;
İstehsalat sahəsində mövcud olan yanğın təhlükəsizliyinə dair təlimatı dəqiq bilməlidir;
Qaynaq rejimlərinin seçilmə prinsiplərini, qaz qaynağında işlədilən qazların saxlanma metodlarını, qaynaq tikişlərinin sınanma və nəzarətetmə üsullarını, metalın markasından və qalınlığından asılı olaraq qızıdırılma qaydalarını və s. bilməlidir;
Təhlükəsizlik texnikası və yanğın təhlükəsizliyinə dair təlimatı yaxşı bilməli və ona ciddi əməl etməlidir.