Qanunvericiliyə və mühasibat uçotunun aparılması qaydalarına uyğun şirkətdə mühasibat uçotunu təşkil və təmin etmək
Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və hərəkəti ilə bağlı əməliyyatları vaxtında mühasibat uçotunda, o cümlədən müvafiq elektron mühasibat sistemlərində əks etdirmək
Rəsmi hesabatları (vergi, DSMF, statistika) hazırlamaq və vaxtında təqdim etmək
Tələb olunan statistik hesabatları hazırlamaq
Maaş, məzuniyyət, ezamiyyət və s. əmək haqqı ilə bağlı hesablamaları aparmaq, ödənişləri həyata keçirmək və sənəd uçotunu müvafiq qaydada təmin etmək
Bank əməliyyatlarını icra etmək, hesablar üzrə ödənişləri həyata keçirmək
Elektron qaimə, faktura və s. sənədləri tərtib və icra etmək, göndərmək
Rəhbərliyə işi haqqında müvafiq qaydada həftəlik/aylıq hesabatlar təqdim etmək
İş yeri: Bakı şəhəri
İş rejimi: həftənin I-V günləri, 09:00 - 18:00
Əmək haqqı: razılaşma yolu ilə
Nahar yeməyi və rabitə xərcləri şirkət tərəfindən təmin olunur
Xüsusi tələblər
Maliyyə üzrə ali təhsil
Peşəkar Mühasib Sertifikatının olması vacibdir
IFRS/CFM sertifikatının olması üstünlükdür
Sahə üzrə ən az 3 il iş təcrübəsi (FMCG sahəsində arzu olunandır)
Mühasibat uçotunun və kargüzarlığının aparılması haqqında mükəmməl bilik
Mikro, Günəş mühasibat və orta səviyyədə MS Excel proqramlarında işləmə bacarığı
Müvafiq dövlət portallarında və elektron bank sistemində yüksək səviyyədə işləmə bacarığı və iş təcrübəsi
Əlaqədar qanunvericilik (vergi, əmək və s.) üzrə bilik
Statistik məlumatlarla işləmə bacarığı və hesabatların hazırlanması üzrə iş təcrübəsi