Vergi hesabatlarının hazırlanması və təqdim edilməsi;
Şirkətin mühasibat siyasətinin formalaşdırılmasında iştirak;
Tələb olunan vergi və ödənişlərin büdcələrə dəqiq köçürülməsi;
Vergi qanunvericiliyinin monitorinqi, təhlili və təşkilatın vergi planlaşdırmasının təkmilləşdirilməsi ilə bağlı tövsiyələr hazırlanması;
Cari hesabatların toplanması və nəzarəti;
Aktivlərin, öhdəliklərin və iqtisadi əməliyyatların uçotunun aparılmasında iştirak;
Rüblük hesabatların hazırlanmasında iştirak;
Təşkilatın işçilərinə əmək haqqının verilməsi işində iştirak;
Mühasibat və vergi hesabatlarının formalaşdırılması;
Vergi və mühasibat sənədlərinin saxlanılmasının və qorunmasının təmin edilməsi;
Kapitalın idarə edilməsi baxımından şirkətin idarəetmə sisteminin təkmilləşdirilməsində iştirak; daxili audit, nəzarət, mühasibat sənədlərinin, əsas vəsaitlərin, malların və materialların revizyonlarının təşkili;
Müəssisənin öz səlahiyyətləri daxilində kənar yoxlamalara hazırlanmasında iştirak;
Mühasibat uçotu ilə əlaqəli sənədlərin hazırlanması, müəssisənin maliyyə və iqtisadi göstəricilərinin təhlili;
Əmək və nizam-intizam qaydalarına riayət etməlidir;
İlkin sənədlərin qəbulunu və işlənməsini həyata keçirir, onlara nəzarət etməlidir (əmtəə-nəqliyyat qaimələri, kassa sənədləri, kontragentlərlə olan müqavilələr);
Elektron qaimə-fakturaların hazırlanmasını icra edir;
Ödəniş tapşırıqları və ya internet bankçılığı vasitəsilə daxili və xarixi ödənişləri icra edir;
Aylıq əmək haqqı, məzuniyyət, ezamiyyə, xəstəlik vərəqələrini, mükafatları hesablayır və müvafiq olaraq ödənişini edir;
Baş mühasib və aparıcı mühasib tərəfindən vergi və maliyyə hesabatlarının hazırlanması üçün verilən tapşırıqları icra edir;
Baş mühasib və aparıcı mühasibin nəzarəti altında vergi və maliyyə hesabatlarını təqdim edir;
Xidmət göstərilən şirkətlərin debitor və kreditorlarla hesablaşmaların uçotunu aparır, gəlir-xərc uçotunu aparır;
DSMF, Statistika hesabatlarını hazırlayır və göndərir;
Balansında olan müştərilərlə və onların işi ilə əlaqədar olaraq bank, dövlət idarələri ilə danışıqlar aparır;
Rəhbərlik tərəfindən istənilən günlük, aylıq, rüblük hesabatları hazırlayır, müştərilərə göndərir;
Vəzifəsinin icrası ilə əlaqədar digər tapşırıqları yerinə yetirməlidir
İş yeri Marine Plaza
5 günlük iş rejimi ( Nahar 13:00-14:00)
Əmək haqqı ( Müsahibə əsasında bilik və bacarığlarına uyğun olaraq müəyyən edilir)
Şirkət tərəfindən sosial paket təqdim olunur.
Xüsusi tələblər
İqtisadiyyat, maliyyə və ya müvafiq sahə üzrə ali təhsil;
Mühasibat müxabirləşmələrini mükəmməl bilən;
Mühasibatlıq sahəsində 3 ildən artıq iş təcrübəsi;
ACCA CERTİFİCATE F3, F7 - olması arzu olunandır;
MS Office, Mikro proqramları üzrə qabaqcıl istifadə biliyi;