1. Şöbənin fəaliyyətinin təşkil edilməsi
2. Tabeliyində olan sektorların fəaliyyətinin əlaqələndirməsi
3. İşçilər arasında iş bölgüsünün müəyyən edilməsi
4. İşçilərin əmək və icra intizamına riayətinə nəzarət edilməsi
5. Şöbənin digər şöbələr və sektorlar ilə qarşılıqlı fəaliyyətinin təmin edilməsi
6. Şöbənin işçilərinə tapşırıq və göstərişlərin verilməsi və fəaliyyətinin qiymətləndirməsi
7. Tabeliyində olan işçilərin barəsində həvəsləndirmə və ya intizam tədbirlərinin tətbiq edilməsi üçün Direktorlar Şurasının sədrinə təqdimat verilməsi
8. Şöbəyə daxil olmuş sənədlərə, layihələrə qanunvericiliyin tələblərinə uyğun şəkildə olaraq baxılması
9. Mərkəzin büdcə layihələrinin hazırlanmasının, büdcə vəsaitlərinin, o cümlədən dövlət fondlarının, büdcədənkənar vəsaitlərin gəlir və xərclərinin düzgün hesablanmasının təmin edilməsi
10. Dövlət qurumlarına təqdim olunan hesabatların təmin edilməsi
11. Mərkəzin xərclər smetasının hazırlanmasının təmin edilməsi
12. Rəhbərliyə büdcənin proqnozlaşdırılması və tərtibi üzrə mütəmadi məlumatların verilməsi
13. Rəhbərliyə həyata keçirilmiş xəzinə əməliyyatları haqqında mütəmadi məlumatların verilməsi
14. Şöbənin fəaliyyət istiqaməti üzrə dövri hesabatların hazırlanmasının təşkil edilməsi
15. Şöbənin əməkdaşlarının fəaliyyətinin səmərəliləşdirilməsi üçün təlimlərin təşkil edilməsi və həyata keçirilməsi
16. Elektron sənəd dövriyyəsinə aid olan hesabatların elektron formada göndərilməsinin təmin edilməsi
17. Mühasibat məlumatlarının, ilkin uçot sənədlərinin, mühasibat uçotu reyestrlərinin və istifadəsində olan bütün xidməti məlumatları məzmununun məxfiliyinin qorunması, Direktorlar Şurası ilə razılaşdırmaqla təsdiq edilməsi və icrasına nəzarət edilməsi
18. Tariflərin təkmilləşdirilməsi ilə əlaqədar təkliflərin hazırlanmasında iştirak edilməsi
19. Mərkəzin illik fəaliyyətini əks etdirən hesabatların hazırlanmasında iştirak edilməsi
20. Mərkəzin Daxili auditi, Maliyyə hesabatlarının kənar auditi və digər kənar maliyyə yoxlamalarının məlumat tələblərinin operativ və keyfiyyətli yerinə yetirilməsinin təmin edilməsi
21. İmtahan və tədbirlərin maya dəyərinin rentabelliyinin təhlili və rəhbərliyə təkliflərin verilməsi
22. Mərkəzin rentabellik sisteminin, gəlir və xərc mərkəzlərinin strukturu, uçot siyasətinin hazırlanması, tətbiqi və icrasına nəzarət
23. Kənar qurumlar ilə danışıqlarda nümayəndəlik
24. Yeni layihələr üzrə şöbələrin biznes-planların nəzərdən keçirilməsi
25. Uçot sistemlərinin tətbiqi və təkmilləşdirilməsi
26. Mərkəz tərəfindən dərc olunan Maliyyə hesabatlarının tamlığı və keyfiyyətinə nəzarət, onların təsdiq edilməsi
27. Şöbənin fəaliyyətinə rəhbərliyin həyata keçirilməsi
28. Rəhbərlik tərəfindən verilmiş tapşırıqların icra edilməsi
Yeni vakansiyaları operativ almaq üçün Telegram-kanalımıza qoşulun