Aparıcı məsləhətçi (sosial məzuniyyət yeri)

Bakı

Dövlət İmtahan Mərkəzi
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

1. mühasibat məlumatlarının, ilkin uçot sənədlərinin, mühasibat uçotu reyestrlərinin və istifadəsində olan bütün xidməti məlumatları məzmununun məxfiliyinin qorunması
2. Mərkəz üzrə göstərilən xidmətlərin kalkulyasiyasının işlənib hazırlanması
3. müvafiq sahə üzrə büdcə, gəlir və xərclər smetasının proqnozlarının hazırlanmasında iştirak edilməsi
4. sahəsi üzrə hər il arxivdə saxlanılması və ya məhv edilməsi üçün rəhbərliyin nəzarəti ilə sənədlərin yığımını həyata keçirilməsi
5. sahəsi üzrə sənədlərin icrasının yoxlanılması və rəhbərliyə zəruri məlumatların təqdim edilməsi
6. imtahanlar üzrə gəlirlər və xərclər smetasının hazırlanması və gəlirlər və xərclər proqnozunun icrası barədə məlumatların hazırlanması
7. dövlət büdcəsinin vəsaiti hesabına keçirilməsi nəzərdə tutulan imtahanlar üzrə xərclərin müəyyənləşdirilməsi
8. gəlir və xərclər smetasının illik proqnozlarının tərtib edilməsi
9. Mərkəzin büdcə proqnozunun hazırlanması üçün hesablamalar aparılması
10. sektora daxil olan müraciətlərin araşdırılması və cavablandırılması
11. xidmətlər üzrə planlaşdırılan pul vəsaiti yığımına gündəlik nəzarət
12. imtahan və tədbirlərin rentabelliyinin hesablanması üçün xərc və gəlir mərkəzləri üzrə təfsilatlı uçot aparılması, xərc və gəlir topluların formalaşdırılması və tədbirlərə bölüşdürülməsində iştirak
13. Mərkəzin keçirdiyi imtahan, müsahibə və tədbirlərdə iştirak edilməsi (zal nəzarətçisi, imtahan rəhbəri, Mərkəzin nümayəndəsi qismində və s.)
14. rəhbərlik, şöbə müdiri və sektor müdiri tərəfindən verilmiş tapşırıqların icra edilməsi

Xüsusi tələblər

  1. Təhsilə dair tələblər: iqtisadiyyat və idarəetmə ixtisas qrupu üzrə ali təhsil
  2.  İş stajına dair tələb: tələb müəyyən edilmir
  3.  Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office yüksək səviyyədə (o cümlədən bulud həlləri), İnternet, mühasibat uçotu proqramları, mobil tətbiqlər
  4.  Xarici dil biliklərinə dair tələblər:    İngilis dili – B1, Rus dili – B1
  5. Xüsusi tələblər:         Uçot və analitik proqram təminatları ilə iş təcrübəsi 
  6. Peşə üzrə tələblər:    PMS sertifikatlı namizədlərə üstünlük verilir

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız