Logistika ilə əlaqədar tələbləri iş yerinin prosedurlarına uyğun olaraq materiallara aid texniki tələblər, sifarişlər və təlimatlar vasitəsi ilə müəyyən edir;
Logistik əməliyyatların tələb etdiyi xərclərin qiymətləndirilməsini və analizinin aparılmasında iştirak edir;
Logistik əməliyyatlarının effektliyinin qiymətləndirilməsin və analizinin aparılmasında iştirak edir;
Səlahiyyəti çərcivəsində daşınma ilə əlaqədar yaranan problemləri həll edir;
Dövlət strukturlarına Logistika, Gömrük və AQTA ilə bağlı rəsmi ərizələrin, məktubların, şikayətlərin və müraciətlərin yazılmasını icra edir;
Logistika ilə əlaqədar tələbləri zəruri halda rəhbəri ilə məsləhətləşdikdən sonra prioritetləşdirir;
Sifariş istiqamətində işin ardıcıllığını müəyyən edir və əməliyyatları planlaşdırır;
Sifarişə görə əməliyyatların izlənməsi üçün müvafiq personal ilə işin bölgüsünü planlaşdırır;
Daşınmanın növünə görə verilən qiymət təklifini dəyərləndirir;
Səlahiyyətləri çərçivəsində qarşılaşa biləcək təhlükələri müəyyənləşdirir, riskləri qiymətləndirir və təhlükələrin qarşısını almaq ücün tədbir(lər) görür;
Əməliyyatın bütün mərhələlərində birbaşa rəhbərinin məlumatlandırılmasını təmin edir;
Beynəlxalq şirkətlər, tərəfdaşlar və müştərilər ilə müntəzəm yazışmaların aparılması və uzunmüddətli əlaqələrin yaradılmasını təşkil edir;
Daxil olan sorğulara əsasən daşınma şirkətlərinə müraciət etmək, gələn təkliflərdən daha uyğun olanını seçir;
Daşınan malların verilmiş ünvandan daşınması üçün koordinasiyasını təşkil edir və təyin olunmuş maşınların yerdəyişmə prosesinin izləyir;
Daşınan məhsul catdırıldıqdan və bütün zəruri sənədləşmə işləri tamamlandıqdan sonra müvafiq yük üzrə yaranan bütün xərclərin qeyd edildiyi maliyyə hesabatını bütün əlaqədar şəxslərə yayımlayır;
Zəruri hallarda hər hansı məhsulu verən şəxsə yükün catdırılması / daşınması və gömrük işləri ilə bağlı yarana biləcək bütün xərcləri əvvəlcədən bildirir;
Daxil olan yüklərin qəbul olunmasını, daşınmasını, yerləşdirilməsini, saxlanmasını təmin edir;
Daşınma mallarının catdırılma məntəqəsinə qədər hərəkətinə nəzarət edir;
Çatdırılmış məhsulları təhvil vermə və qeydlər aparma prosesinə nəzarət edir;
Xüsusi tələblər
Təhsili: Ali təhsil
Müvafiq sahədə ən azı 1-3 il təcrübə
Dil bilikləri: Azərbaycan, (İngilis və Rus dili arzu olunandır)
Kompüter bilikləri: Microsoft Office, Outlook
Komandada işləmək bacarığı
Operativ,işə həvəslə yanaşmalı, sahəsi üzrə araşdırmalar aparmalı, daim yeniliyə meyilli olmalı