Biznes tələblərini toplamaq və sənədləşdirmək üçün sifarişçinin nümayəndələri ilə analitik müsahibələrin aparılması, sifarişçinin tələblərinin müəyyən edilməsi və təhlili
Biznes tələblərin və istifadəçi ehtiyaclarının öyrənilməsi, analiz edilərək layihə komandasına ötürülməsi
Layihə üzrə Texniki Tapşırığın və digər texniki sənədlərin təhlil edilməsi, yaranan sualların, çatışmazlıqların, varsa ziddiyyətlərin aydınlaşdırılması üçün sifarişçi ilə müzakirələrin aparılması
Müxtəlif analiz sənədlərinin, hesabatların hazırlanması
Müxtəlif modellərin, sxemlərin, iş axınlarının təsviri və sənədləşdirilməsi
Texniki tələblərin layihə komandası ilə müzakirə edilməsi
Funksionallıqların testi zamanı test komandası ilə sıx əməkdaşlıq edilməsi
Layihə komandasına biznes ehtiyaclarını effektiv şəkildə çatdırmaq üçün istifadəçi hekayələri və qəbul meyarlarının hazırlanması
Maaş:1200-1800 AZN
Xüsusi tələblər
Analitik təfəkkür və yüksək düşünmə qabiliyyəti
Minimum 3 il İT analitik, Biznes analitik və ya oxşar sahədə iş təcrübəsi
Biznes və texnologiyanın tələblərini anlamaq
Proqram təminatının inkişaf etdirilməsi prosesi haqqında biliklər
İş axınlarını, tapşırıqların izlənməsini və sənədləşdirməni həyata keçirmək üçün layihə idarə edilməsi alətləri ilə tanışlıq.
Agile metodologiya haqqında biliklər
Komanda ilə işləmək, individual qərarlar alabilmək və stres altında işləyə bilmək
Rus və İngilis dillərində yazışma, ünsiyyət və texniki sənədlərin hazırlanması səviyyəsində biliklər