Fintek - Tərəfdaşlar üzrə mütəxəssis

Bakı

Azercell
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Tərəfdaşlarla davamlı əlaqə saxlamaq
  • Tərəfdaşlarla təcrübə mübadiləsi aparmaq, problem və təklifləri paylaşmaq
  • Potensial tərəfdaşlar axtarmaq və fintek biznes rəhbərinə tövsiyə etmək
  • Yeni tərəfdaşlıqların yaranmasına kömək etmək və əməkdaşlığın şərtlərini müzakirə etmək
  • Tərəfdaşın fəaliyyətini müqavilə şərtləri çərçivəsində və sənayedə qəbul olunmuş meyarlar üzrə qiymətləndirmək
  • Tərəfdaşların monitorinqini həyata keçirmək və tərəfdaşlıq münasibətlərinin davam etdirilməsi və ya xitam verilməsinə dair təklif vermək
  • Partnyorluqların uğurla həyata keçirilməsini təmin etmək üçün funksiyalararası komandalarla yaxından əməkdaşlıq etmək
  • Partnyorluq təşəbbüslərinin həyata keçirilməsi üçün ayrılan büdcələri idarə etmək və xərclərin təsdiq edilmiş limit çərçivəsində formalaşmasını təmin etmək

Xüsusi tələblər

  • Biznesin inkişafı, xüsusilə də müştəri və tərəfdaş münasibətlərinin idarə edilməsi üzrə geniş təcrübə
  • Satış, kommunikasiya, müştəri münasibətləri və ya tərəfdaşların idarə edilməsi sahəsində uzun müddətli təcrübə
  • Çarpaz funksional iş şəraitində komandaya rəhbərlik etmək təcrübəsi
  • Hüquqi məsələlər və müqavilə işlərinə dair anlayış
  • Fərdi bacarıqlar: Əla əlaqələr qurmaq bacarığı
  • Yeni inkişaf imkanlarını müəyyən etmək üçün strateji baxış
  • Üstün ünsiyyət qurmaq, danışıqlar aparmaq və təsir etmək bacarıqları
  • Tərəfdaşlarla etibarlı əlaqələr qurmaq üzrə əsaslı bacarıq
  • Komandanı həlli yola yönəldən problem həlletmə bacarığı
  • Düşüncə tərzi və davranış: Şəffaflıq və güvən mədəniyyətinə inanmaq
  • Məsələyə sahiblənmək hissi və tərəfdaşlıqla bağlı problemlərin rəhbərlik tərəfindən həll edilməsini təmin etmək üçün məsələni səsləndirməkdən çəkinməmək
  • Agile Təcrübə: "Agile" metodologiyaları haqqında güclü bilik

Telegram kanalımız