Zərər dəymiş əmlaka baxış keçirərək qiymətləndirməni aparmaq;
Ehtiyac yarandıqda hadisə yerinə çıxış etmək, həqiqi və ya saxta hal olması ilə əlaqədar hadisəni araşdırmaq;
Zərər dəymiş əmlakın ehtiyac yarandıqda şəkil üzərindən qiymətini təyin etmək;
Qiymət təyin edilə bilməyən zaman dəyərləndirmə üçün müştərini təmir müəssisələrinə yönəltmək;
Regionlarda və Bakıda olan yol nəqliyyat hadisələri üzrə nəqliyyat vasitələrinə dəymiş ziyan üzrə qüsur aktlarının tərtibatında təmir müəssisəsində iştirak etmək, servisdən verilən qiymətləndirmə dəyərini analiz etmək;
Sığorta işi sistemdə təsdiq olunduqdan sonra zərər dəymiş əmlakın təmir-bərpa olmaq məqsədilə təmir müəssisəsinə istiqamətləndirmək;
İlkin təklif olunmuş qiymət ilə razılaşmayan müştəri ilə görüşmək və razılıq əldə olunmasına çalışmaq;
Qiymətləndirmə ilə bağlı razılıq əldə olunduqdan sonra təmir üçün müştərini servisə yönləndirmək;
Servislərdə təmir olunan nəqliyyat vasitələrinə nəzarət etmək;
Cəmiyyətə qarşı irəli sürülmüş subroqasiya tələblərini qiymətləndirmək, yenidən qiymətləndirmə üçün digər şirkətlərlə görüşmək;
Zərərə aid qüsur aktı təqdim olunduqda həmin sənədləri icraçıya təqdim etmək;
Ay ərzində qüsur aktları barədə hesabatlar hazırlamaq;
İlkin qiymətləndirmə zamanı ehtiyat hissələrə qiymət qoymaq;
Qəza zamanı zərər dəymiş daşınmaz əmlakı dəyərləndirmək;
Ölkədaxili və xarici ehtiyat hissələrini axtararaq təmin etmək;
Xüsusi tələblər
Ali təhsil olmalı;
Microsoft Office proqramları bilməli;
Bank və sığorta sahəsində minimum 2 il iş təcrübəsi olmalı;
Qrup şəklində işləmək qabiliyyəti, fikirlərini şifahi və yazılı şəkildə aydın və dolğun çatdırmaq bacarığı olmalı;