Təmirə dayanma işləri üzrə aparıcı mühəndis

Sumqayıt

SOCAR Downstream Management
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Planlaşdırılmış əsaslı təmir zamanı təqdim edilmiş iş həcmlərini, iş addımlarını və digər sənədləri yoxlamaq, proqresləri izləmək, planlaşdırılmış əsaslı təmirin təşkili üçün sənədləri hazırlamaq və sahədə tətbiqini izləmək.
  • Vəzifə öhdəlikləri:
  • SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin mühafizəsi) standartlarına, qanunla müəyyənləşdirilmiş tələblərinə, istismar qaydalarına, qurumun prosedurlarına riayət etmək;
  • Planlaşdırılmış əsaslı təmir işləri üçün təqdim edilmiş və hazırlanmış olan iş həcmlərinin müzakirə və təsdiqlənməsini həyata keçirmək; 
  • Planlaşdırılmış əsaslı təmir işləri üçün təqdim edilmiş iş həcmlərinə uyğun olaraq hazırlanmış olan iş addımlarını (iş planı) və iş ardıcıllıqlarını yoxlamaq və uyğunluğunu təsdiqləmək; İş addımlarına uyğun olaraq sahə komandası ilə birlikdə tələb olunan mal – material siyahısını yoxlamaq, uyğunluğunu təsdiqləmək və aidiyyəti şöbələrə yönləndirmək; 
  • Planlaşdırılmış əsaslı təmir zamanı podratçı tərəfindən görüləcək olan servis işləri üçün texniki şərtmanəni hazırlamaq və aidiyyəti şöbələrə yönləndirmək;
  • Planlaşdırılmış əsaslı təmir üçün sifariş edilmiş ehtiyat hissələri, mal-material və servis xidmətlərinin gedişatını izləmək;
  • İş həcmləri təsdiq edildikdən sonra “gecikmiş və əlavə işlər ” i izləmək və proqres hesabatlarını hazırlamaq;
  • Sahədən təqdim edilmiş “ iş metod” larını izləmək və proqres hesabatlarını hazırlamaq;
  • İş addımlarına uyğun olaraq Plan - Proqramın və proqres əyrisini yoxlamaq və hesabatı hazırlamaq;
  • İş prosesləri zamanı plan proqramda işin gedişatına nəzarət etmək və görüləcək işlərin plana uyğunluğunu təmin etmək və hazırlanmış olan günlük proqres hesabatını yoxlamaq, hesabatı aidiyyəti rəhbərliyə və şöbələrə göndərmək;
  • Planlaşdırılmış əsaslı təmir zamanı mütamadi olaraq plan proqram üzərindən sahə komandasını gecikmələr və ya irəliləmələr barəsində məlumatlandırmaq; 
  • Təmir zamanı işlərin gedişatına dəstək olmaq üçün öncəki planı hazırlayıb sahəyə təqdim etmək;
  • Təmirə hazırlıq işlərini təşkil etmək və təmirin başlamasına qədər bütün hazırlıq işlərinin bitməsini təşkil etmək;
  • Təmirin sonunda planlaşdırılan və rellaşan iş həcmlərini plan proqram üzərində analiz edib uyğunsuzluqlar barəsində hesabat hazırlayıb təqdim etmək; təmir işləri ilə əlaqədar həftəlik və aylıq hesabatları hazırlamaq;
  • SAP proqramında yaradılmış olan iş bildiriş və iş sifarişlərini yoxlamaq və təsdiqləmək;
  • Tamamlanmış işlərin SAP PM modulunda iş sifariş formasının bağlanmasını təşkil etmək;
  • Planlaşdırılmış əsaslı təmir ilə əlaqədar bütün sənədləri toplamaq və qovluq şəkildə saxlanmasını təşkil etmək;
  • Planlaşdırılmış əsaslı təmir üçün lazım olan günlük, həftəlik və aylıq toplantıların keçirilməsini və toplantının aparılmasını təmin etmək;
  • Zavodun təhlükəsizlik qaydalarına uyğun şəkildə icra etmək, yanğın, təbii fəlakətlər zamanı aldığı təlim və təyinata müvafiq olaraq müdaxilə etmək;
  • İnteqrasiya idarəetmə sistemləri fəaliyyətlərinə uyğun olaraq, birbaşa və ya dolayı yolla öz səlahiyyətləri daxilində olan, birlikdə planlaşdırma, tətbiq etmə, monitorinq və təkmilləşdirmə fəaliyyətlərini effektiv şəkildə həyata keçirmək;
  • Zavodda baş verəcək korporativ mədəniyyət dəyişikliyinə töhfə vermək, yeni işləmə prosesinə sürətli şəkildə uyğunlaşmaq.
  • İş yeri: Sumqayıt şəhəri

Xüsusi tələblər

  • Müvafiq sahə üzrə bakalavr magistr təhsili (Elektrik mühəndisliyi və s.);
  • Sənaye sahəsində mexaniki təmir işlərində 3 il iş təcrübəsi olmalı;
  • Sənayedə təmirin planlaşdırılması sahəsində 5 il iş təcrübəsi olmalı;
  • Sahədə proqres yoxlanışları aparmaq üçün hündürlükdə və qapalı sahədə işləmək bacarığı olmalı;
  • Müxtəlif növ mexaniki avadanlıqların təmiri və təftişi haqqında bilikləri olmalı;
  • Problemləri həll etmə bacarığı olmalı;
  • Mexaniki cizgilərini oxuma bacarığı olmalı;
  • Hissələrin cizgilərini çəkmə bacarığı olmalı;
  • İngilis dili biliyi mükəmməl səviyyədə olmalı;
  • Primavera P6, SAP PM və MM modulu ilə işləmək bacarığı olmalı;
  • Microsoft Office proqramları ilə işləmək bacarığı olmalı (Word, Excel, Power Point, Outlook).

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız