Maliyyə nəzarəti üzrə mütəxəssis

Bakı

Carlsberg Azerbaijan
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Kapital Xərclərinə (CAPEX) nəzarət etmək
  • Bütün funksiyalar üzrə CAPEX büdcələməsinə rəhbərlik etmək
  • Ayın bağlanması zamanı (MEC) faktiki CAPEX ilə Büdcəni müqayisə edib təhlil etmək
  • Layihələrin investisiya qiymətləndirilməsində iştirak etmək, layihə sahiblərinin töhfələrini adekvatlıq və yetərlilik baxımından yoxlamaq
  • CAPEX-Layihələrinin təsdiqini idarə etmək və əlaqələndirmək
  • G&A (ümumi və inzibati) xərclərinə nəzarət
  • G&A xərclərinin büdcələşdirilməsinə və proqnozlaşdırılmasına cavabdehlik
  • Ayın bağlanması zamanı faktiki xərcləri Büdcə ilə müqayisədə təhlil etmək
  • Ayın bağlanması zamanı çəkilmiş xərclərin vaxtında uçotunu təmin etmək üçün xərc sahiblərini əlaqələndirmək
  • ERP sisteminə göndərilməsi üçün aylıq hesablamaları konsolidasiya etmək
  • Nəzarətinizdə olan bütün xərc sahələrində şərhlər tələb etmək və konsolidasiya etmək
  • Qrup üçün Şirkətin Aylıq Fəaliyyətinin Qiymətləndirilməsi üzrə təqdimatının hazırlanmasında iştirak etmək (məsələn, kənarlaşmaların səbəblərini izah etmək üçün analitik məlumatların/şərhlərin hazırlanması və s.)

Xüsusi tələblər

  • Mühasibat uçotu, Maliyyə və ya hər hansı digər müvafiq sahədə bakalavr dərəcəsi
  • 2 ildən artıq müvafiq iş təcrübəsi
  • Excel bilikləri. Lookup, sumif, pivot cədvəllər və s. ilə işləmək bacarığı
  • MHBS ilə tanışlıq. ACCA sertifikatları və ya hər hansı oxşar sertifikatlar əlavə üstünlükdür
  • Davamlı öyrənməyə və təkmilləşməyə açıq biri olmaq
  • Yeni vəzifələr və problemlər sizi motivasiya etməlidir
  • Başqalarına gözləntilərimizi yerinə yetirmək üçün kömək etməyə hazır olmaq
  • İşinizdə əminlik və mövqeyinizi başqalarına asanlıqla izah edə bilmək
  • Çox sayda rəqəm və məlumatla işləmək və onları asanlıqla idarə etmək
  • 2-3 müxtəlif tapşırıqla işləmək və onların hamısına diqqət yetirmək
  • Rəqəmlərlə ətraflı işləmək və onları nəyin idarə etdiyini başa düşmək
  • Komanda işinə inam və lazım gələrsə komanda yoldaşlarınıza kömək etməyə hazır olmaq
  • Sizdən gözləntilərimizi anlamaq və tapşırıqlarınızı yerinə yetirmək üçün əlinizdən gələni etmək
  • Tapşırıqları son tarixlərə uyğun vaxtda təhvil vermək
  • Azərbaycan və rus dillərini mükəmməl bilmək, çünki hər iki dil gündəlik işlərdə istifadə olunur (şifahi     və yazılı)
  • İngilis dili səviyyəniz elektron məktublar yazmaq, insanları başa düşmək və fikrinizi söyləmək üçün kifayət qədər yaxşı səviyyədə olmalıdır

Telegram kanalımız