Keyfiyyətə nəzarət üzrə mühəndis (Keyfiyyətə Nəzarət Şöbəsi)

Bakı

Carlsberg Azerbaijan
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • yarımfabrikatlara, hazır məhsullara, utilitlərə, köməkçi materiallara, xammala fiziki-kimyəvi nəzarət və texniki nəzarət üçün nümunə seçiminin aparılması
  • II dərəcəli xammal və materiallara giriş nəzarətinin aparılması
  • yeyinti məhsullarının keyfiyyət və təhlükəsizlik meyarlarının dəqiqliklə müəyyən edilməsi və onlara nail olunmasını təmin edərək, innovativ planların, layihələrin və yeni növ qablaşdırma materiallarının, xammal və hazır məhsullarının sənaye sınaqlarının dəstəklənməsi
  • bütün lazımi qablaşdırmalar üçün keyfiyyətin sınaqdan keçirilməsi və ona nəzarət, ilkin materialların, istehsal və hazır məhsulların köməkçi kimyəvi və orqanoleptik təhlili
  • keyfiyyətdə kənara çıxmaların əsas səbəblərinin tədqiqi və təhlili
  • müştəri və istehlakçıların şikayətlərinin idarə olunması prosesinin dəstəklənməsi
  • keyfiyyət və risklərin qiymətləndirilməsi üzrə tədqiqatlarda fəal iştirak
  • texnoloji xətaların, xammal və qablaşdırma materialları, həmçinin hazır məhsul itkilərinin və keyfiyyətlə bağlı digər problemlərin əsas səbəblərinin təhlili. Onların istehsal prosesində qarşısının alınması və aradan qaldırılması üçün tədbirlərin hazırlanmasında iştirak
  • bilavasitə hər istehsal prosesi işə salınmazdan əvvəl istehsal xətlərinin gigiyena və sanitariyası üzrə nəzarət auditlərinin aparılması
  • keyfiyyətə və əməyin mühafizəsinə qarşı tələblərə əməl olunmasının təmin olunması, həmçinin rəhbərlərin yeyinti məhsullarının təhlükəsizlik məsələlərinə aid olan müşahidələr barədə məlumatlandırılması
  • yeyinti məhsullarının təhlükəsizlik standartları ilə əlaqəli olan (ISO və GFSI daxil olmaqla) bütün qanunvericilik tələblərinə, normativ sənədlərə, digər tələblərə əməl olunmasının təmin olunması
  • yeyinti məhsullarının təhlükəsizliyi və şəxsi təhlükəsizlik üzrə bütün standartların tətbiq olunması və onlara əməl olunmasına dəstək

Xüsusi tələblər

  • Ali texniki təhsil (mexanika/kimya/biologiya və ya yeyinti texnologiyaları)
  • Müvafiq vəzifədə, əsasən yeyinti sənayesində 1 ildən 3 ilədək iş təcrübəsi
  • Azərbaycan, rus və ingilis dili bilikləri
  •  Ümumi, qeyri-üzvi, üzvi, analitik və fiziki kimyanın əsasları
  • Qidalandırıcı mühitlərin, reaktivlərin və dezinfektantların xüsusiyyətləri, təyinatı və hazırlanması üsulları, onlara qarşı tələblər
  • Statistika və proseslərə nəzarət alətləri ilə iş
  • Fasiləsiz təkmilləşdirmə proqramlarında iştirak təcrübəsi
  • Audit üsulları ilə iş təcrübəsi
  • Yeyinti gigiyenası və təhlükəsizlik standartları barədə anlayış, onların avadanlığa, materiallara və məhsullara qarşı tələblərə təsiri
  • MS Office informasiya sistemləri ilə iş bacarıqları
  • Stressə davamlılıq
  • Prioritetləri müəyyən etmə bacarığı
  • Komandada işləmə bacarığı
  • Təşkilati məlumatlılıq
  • Problemlərin effektiv həlli

Telegram kanalımız