Nə təklif edirik? Bazar rəqabətinə uyğun əmək haqqı;
Könüllü tibbi siğorta;
“Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük;
Peşəkar komanda ilə işləmək fürsəti;
İşçinin inkişafı üçün təlim, tədris proqramları.
İşin təsnifatı: Təhkim olunduğu layihələrdə layihə xərclərinin və büdcələrin planlaşdırılmasını və plana uyğun icrasına nəzarəti təmin etmək;
Təhkim olunduğu layihələrdə layihə xərclərinin optimallaşdırma həllərinin və hesablama üsullarının tətbiq olunmasını təmin etmək;
Öncədən icra olunmuş layihələrdə əldə olunmuş təcrübənin gələcəkdə daha səmərəli tətbiq olunmasını təmin etmək;
Büdcələrin ehtimal dəyərlərinin hazırlanması;
Layihə büdcələrinə nəzarət etmək və xərcləri daim nəzarətdə saxlamaq, kənarlaşmaları aradan qaldırmaq üçün önləyici tədbirlər görülməsi, təkliflər verilməsi və hesabat verilməsi
Layihə qiymətlərinin və büdcənin təhlili;
Maliyyə dəyərləndirilməsinin aparılması və düzgün formada adiyyatı üzrə təqdim olunması;
Maliyyə planlarının qaydalara uyğun olaraq hazırlanması və mərhələli şəkildə yenilənməsi
Layihənin tələblərinə uyğun olaraq, icra olunmuş işlərin ölçülməsi və təhlili;
Tender/sorğu sənədlərində qeyd edilən iş həcmlərinin yoxlanılması, müqayisə cədvəllərinin hazırlanması və yaranmış fərqlərin araşdırılması;
Podratçıların təqdim etdiyi əlavə işlər üzrə ehtimal qiymətlərin yoxlanılması və təhlili;
İddiaların təhlili, əsas səbəblərinin araşdırılması və hesabatların təqdim edilməsi;
İlkin, aralıq və yekun ödəniş sənədlərinin, BoQ-ların, dəyişiklik proseduru sənədlərinin, proqres hesabatlarının tərtibatı;
Podratçılar tərəfindən hazırlanmış xərclərlə bağlı hesabatlarının yoxlanılması;
Hesab-fakturaların və digər ödəniş sənədlərinin müqavilənin şərtlərinə uyğunluğunun yoxlanılması.
Layihələrin maliyyə axınlarının hazırlanması və təqdim edilməsi;
Mühəndisi dəyərləndirmə zamanı layihə komandası ilə bərabər zəruri olan işlərin icrası;
Podratçılar tərəfindən təqdim edilmiş maliyyə təkliflərinin yoxlanılması, təhlillərin aparılması, yekun hesabatların hazırlanması.
Xüsusi tələblər
Müvafiq ixtisas üzrə bakalavr dərəcəsi;
Azərbaycan dili – səlis, İngilis dili – orta (şifahi və yazılı);
Kompyuter bacarıqları - MS Office proqramları, AutoCAD
Mülki tikinti sahəsində oxşar vəzifədə azı 3 il iş təcrübəsi;
Komanda ilə işləmək bacarığı;
Öz təşəbbüslərindən istifadə etmək bacarığı;
İşin vaxtı vaxtında tamamlanması və təqdim olunması;