Müəssisənin fəaliyyəti ilə əlaqədar hüquqi sənədlərin layihələrini hazırlamaq;
Qərar, əmr, sərəncam, müqavilə, məktub və digər hüquqi akt və sənəd layihələrinə qanunvericiliyin və daxili normativ sənədlərin tələbinə uyğun şəkildə baxmaq, həmin layihələrə münasibət bildirmək;
Struktur bölmələrindən daxil olmuş müraciətlər əsasında mülki-hüquqi müqavilə layihələrinin hazırlanmasını təmin etmək;
Məhkəmələrdə müəssisəni təmsil etmək;
İcrada olan işlərə qanunvericiliyin tələbinə uyğun şəkildə baxmaq, rəy vermək və icrası ilə əlaqədar müvafiq sənədlərin layihələrinin hazırlanmasını təmin etmək;
Qanunvericiliyin tətbiqi ilə bağlı yaranmış məsələlərə münasibət bildirilməsi məqsədilə daxil olmuş müraciətlərə (sorğulara) və cavab məktublarının layihələrinə baxmaq, həmin layihələrə münasibət bildirmək;
Daxili tənzimləyici sənədlərin layihəsini hazırlamaq, digər hüquqi təminat, hüquqi təhlil və ekspertiza işlərini yerinə yetirmək;
Qanunvericiliyə uyğun olaraq kommersiya sirri, digər konfidensial və xidməti məlumatları qorumaq;
Müxtəlif qurumlardan, dövlət strukturlarından və əhalidən daxil olan ərizə, məktub və müqavilələrə vaxtında və qanuna müvafiq qaydada baxılmasını təmin etmək;
Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyətinə cəlb edilmiş işçilərin protokol və əmrlərini sənədləşdirmək;
Vəzifə və funksiyalarına uyğun olaraq rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrasını təmin etmək.
Ünvan Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi 1
Xüsusi tələblər
Minimum təhsil dərəcəsi Bakalavriat
Sahə üzrə iş təcrübəsi 2 il
Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Əmək Məcəlləsini, Azərbaycan Respublikasının Mülki Məcəlləsini, İnzibati Xətalar Məcəlləsinin tələblərini, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununu mükəmməl səviyyədə bilməli.
Fərdi keyfiyyət göstəriciləri
Məlumat əldə etmə
Diqqətlilik
İntizamlılıq
Digər tələb və üstünlük göstəriciləri
Magistr dərəcəsi olan və 25-35 yaşadək namizədlərə üstünlük verilir.