Təyin edilmiş layihədə, sahədə tikinti-quraşdırma işləri planının işçi çertyojlara, işlərin aparılması layihəsinə, tikinti norma və qaydalarına,istehsalat planına və normativ sənədlərə uyğun olaraq yerinə yetirilməsini təmin etmək;
Layihələr üzrə araşdırmalar etmək;
Material sərfini hesablamağı bacarmaq
Müvafiq hesabatlarla (Texniki, Material və Aktlar) işləməyi bacarmaq;
İş yerlərində işçiləri əməyin təhlükəsizliyi qaydalarına dair təlimatlandırmaq və Tikinti işlərinin istehsalı üçün işçilər tərəfindən texnoloji əməliyyatlarının aparılması zamanı təhlükəsizlik qaydalarına riayət etmələrinə nəzarət etmək;
Layihələşdirmə, tikinti, istehsalat, əməyin və idarəetmənin təşkili, metroloji təminat, texniki nəzarət, elmi-texniki fəaliyyət üzrə işləri yerinə yetirmək;
Obyektdə işləyən işçi briqadaları və onların tərkibinə daxil olmayan dəstə və ayrı-ayrı işçiləri təyin etmək, onların istehsalat tapşırıqlarını müəyyənləşdirmək, onlara iş təlimatı keçmək;
İş qrafiki:
Həftə içi 6 gün saat 08:00-19:00,bazar günü istirahət
Nahar şirkət tərəfindən verilir,
Servis xidməti mövcuddur gətirir
Əmək haqqı: Razılaşma yolu ilə müsahibə zamanı
Ünvan: Bakı şəh, Şıxov, Salyan şos. 14km
Xüsusi tələblər
Təhsil: Ali təhsil (İnşaat mühəndisi ixtisası üzrə),
Kompüter bilikləri: MS Office proqramları, AutoCad
İş təcrübəsi: Müvafiq sahədə 5 ildən az olmayaraq iş stajı;
Punktual və ünsiyyətcil olması;
Analitik düşüncə bacarığı;
Ünsiyyət və komandada işləmək bacarıqları;
İşinə məsuliyyətli və dəqiq yanaşmalı ;
Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
Komandada işləmək bacarığı, təşəbbüskarlıq, gərgin iş rejimində işləmək bacarığı;