Zavodda olan dəzgahların, avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını, avadanlıqların yağlanması, dəyişməyə ehtiyac duyulan hissələrin vaxtı vaxtında dəyişdirilməsi, avadanlıqların daima saz vəziyyətdə olması və tələb olunan səviyyədə çalışmasını, saxlanılmasını təmin edir;
Dəzgah və avadanlıqlara mütəmadi baxış, sınaq və profilaktik təmir işlərinin icrasını həyata keçirir, istehsalatın texniki hazırlığını təmin edir;
Təmir işləri üçün ehtiyat hissə bazası yaradılması ilə bağlı günlük və ya həftəlik istehsal müdirinə hesabat verir;
Həyata keçirilən təmir bərpa işlərinin vaxtında və keyfiyyətlə həyata keçirilməsini, avadanlığın modernləşdirilməsi, dəzgah və qurğuların vəziyyətinə texniki nəzarəti təşkil edir;
Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət edir;
Avadanlıqlar, dəzgahlar və qurğular üzrə təmir-quraşdırma ilə bağlı metodiki, normativ aktlar hazırlayır və istehsal müdirinə təqdim edir.
Xüsusi tələblər
Ali və ya peşə təhsili;
Sahə üzrə minimum 5 il iş təcrübəsi;
Müvafiq sahə üzrə biliklərinin olmasını təsdiq edən sertifikat, diplom və s;
Məsuliyyətli, dəqiq, çalışqan komanda ilə işləmə bacarığı;
Planlı işləmə bacarığı və işə sistemli və nəticəyönümlü yanaşma bacarığı.