Kreditor hesablar üzrə mühasib

Bakı

Norm
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Bütün tədarükçü qurumların hesab-fakturalarının qəbulu, hesab-fakturaların tam və dəqiq olmasının yoxlanması, tələb olunan bütün sənədlərin hesab-fakturalarla uyğunluğunun təmin edilməsi;
  • Qüvvədə olan hesab-fakturaların qeydiyyata alınması və üzərinə tarix möhürünün vurulması;
  • Tələb olunan bütün daxili imzaların və təsdiqlərin alınması;
  • Ödənişlərin vaxtında həyata keçirilməsinin təmin edilməsi;
  • Tamamlanmış hesab-fakturalar üzrə mühasibat qeydlərinin SAP proqramına daxil edilməsi;
  • Tədarükçülərlə yarımillik və illik razılaşmaların əldə edilməsi;
  • Hesab-fakturaların qeydiyyata alınması və ehtiyat nüsxələrinin saxlanması;
  • Hesab-fakturaların icrası ilə bağlı tədarükçülərin telefon zənglərinin cavablandırılması;
  • İşçilərlə bağlı bütün xərc hesabatlarının əlaqələndirilməsi və xərclərlə bağlı təsdiqlənmiş sənədlərin icrası;
  • Rəhbərliyin digər tapşırıqlarının yerinə yetirilməsi.

Xüsusi tələblər

  • İqtisadiyyat, Maliyyə və ya Biznes üzrə bakalavr dərəcəsi;
  • Əlaqədar sahə üzrə 3 il iş təcrübəsi;
  • Azərbaycan və ingilis dillərini ixtisasın tələb etdiyi səviyyədə bilmək;
  • MS Office proqramlarını yaxşı səviyyədə bilmək, SAP bilikləri arzuolunandır;
  • CIMA, ACCA kimi beynəlxalq ixtisaslaşmalar üzrə sertifikatları olanlara ustünlük veriləcək;
  • Analitik düşüncə;
  • Effektiv kommunikasiya bacarığı.

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız