İnşaat üzrə baş mühəndis/ İnşaat üzrə mühəndis

Bakı

Norm
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Müqavilə üzrə ərazidə və ərazidən kənar aparılan bütün işlərə görə təsvirlərdə  və spesifikasiyalarda tələb olunan tikinti keyfiyyətinə nail olmaq üçün lazım olan miqyaslı və xarakterli bütün gündəlik yoxlama və testlərin həyata keçirilməsi;
  • Ərazidə keyfiyyəti ilə əlaqədar işlərin bütün prosedurların  təsdiq edilmiş metodologiya və təftiş planına müvafiq şəkildə yoxlanılması və yerinə yetirilməsi;
  • Uyğunsuzluq hesabatının bağlanması da daxil olmaqla, yoxlama və keyfiyyət problemləri ilə bağlı iclaslarda iştirak;
  • Sertifikatlar, kalibrləmə, test nəticələri, uyğunsuzluq hesabatları və ərazi təlimatı / müşahidələri, təslim edilmiş daimi materiallar  və  digər sənədləri daxil olmaqla, bütün layihənin keyfiyyətə nəzarət və keyfiyyətə zəmanət sənədlərinə nəzarət etmək;
  • Həyata keçiriən bütün işlərin keyfiyyətinə və peşəkarlığına görə məsuliyyət daşımaq;
  • Tikinti, memarlıq və strukturla əlaqəli müasir mühəndislik quruluşunun bütün mərhələləri üzrə ətraflı biliklərə sahib olmaq;
  • Layihənin spesifikasiyasına əsasən risk qiymətləndirilməsi, əməyin  təhlükəsizliyi üzrə ətraf mühitin təhlili və Təftiş Testi Planı və Yoxlanma siyahsı daxil olmaqla fəaliyyət metodunun hazırlanması;
  • Ərazidə RQP-Layihə Keyfiyyət Planına əsasən qabaqcadan təyin olunmuş zamanda  daxili audit keçirilməsi;
  • Lazımi keyfiyyətə nəzarət və keyfiyyətə zəmanət prosedurlarının hazırlanması;
  • İstənilən keyfiyyət tutma nöqtələri / yoxlamalar / testlər və ya digər müştəri tərəfindən təyin edilmiş fəaliyyətlərin həyata keçirilməsi;
  • Materialların yoxlanılması, seqreqasiyası və izlənməsi;
  • Prosesin bütün mərhələlərində qaynaq yoxlamaların aparılması və təhvil alınması;
  • Müvafiq təlimatına və təsvirlərə uyğun olaraq mexaniki qurğuların quraşdırılmasının yoxlanılması;
  • Boru kəmərinin yoxlanılması, sızma yoxlanışı və boru kəmərləri standartları və təsdiq edilmiş təsvirlərə uyğun olaraq müxtəlif boru sistemlərin yenidən qurulması;
  • İstehsalat yoxlama fəaliyyətləri (Ölçü Təftiş Verifikasiyası, FAT və s.);
  • Lazım olduqda sub-müqavilə nəzarət fəaliyyətlərini həyata keçirilməsi;
  • 3-cü tərəf inspeksiyalarının koordinasiyası;
  • Təsdiq edilmiş layihə Təftiş və Test Planlarının da təsdiqlənməsinin, imzalanmasının, yoxlama və sınaq prosesinin müvafiq mərhələlərində olmasının təmin etmək.

Xüsusi tələblər

  • İnşaat və tikinti sahəsində ali təhsil;
  • Əlaqədar sahə üzrə minimum 3-5 il iş təcrübəsi;
  • Layihələrin  idarə olunması bacarıqlarına sahib olmaq;
  • Büdcə hazırlanması və idarə olunması bilikləri;
  • İngilis dilini yaxşı səviyyədə bilmək;
  • Əməyin mühafizəsi və təhlükəsizliyi qaydalarından xəbərdar olmaq;
  • MS Office proqramlarını yaxşı səviyyədə bilmək, SAP bilikləri arzuolunandır.

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız