“Dövlət Qulluqçularının Reyestri”, “Ehtiyat kadrlar”, “Dövlət qulluqçularının qulluq stajı barədə arayış” və digər elektron informasiya sistemlərinə daxil edilmiş məlumatların tam, düzgün və vaxtında daxil edilməsinin və yoxlanılmasının təmin edilməsi.
Dövlət orqanlarına Reyestrdən istifadə üzrə metodiki yardımın göstərilməsi, istifadəçilərin təlimatlandırılması.
Dövlət Qulluqçularınn Reyestri üzrə dövlət qulluqçuları barədə məlumatların yoxlanılması və qanunvericilik tələblərinin pozulması hallarının müəyyən edilməsi.
Dövlət Qulluqçularınn Reyestri və digər informasiya sistemlərinin məlumat bazaları üzrə hesabatların hazırlanmasında iştirak edilməsi.
İnformasiya sistemlərinin daha da təkmilləşdirilməsi üçün təkliflərin verilməsi.
İşin gedişində meydana çıxan digər məsələlərin araşdırılması.
Səlahiyyətləri çərçivəsində daxil olan ərizə və sorğuların araşdırıl¬ması və cavablandırılması.
Rəhbərlik, departament müdiri və sektor müdiri tərəfindən verilmiş tapşırıqların icra edilməsi.
Xüsusi tələblər
Təhsilə dair tələb: ali təhsil
İş stajına dair tələb: tələb müəyyən edilmir
Kompüter biliklərinə dair tələblər: kompüterdən və proqram sistemlərindən sərbəst istifadə edilməsi (ASP.Net platformasında proqramlaşdırma və MS SQL serverdə SQL sorğuların emal edilməsi bacarıqlarına üstünlük verilir)
Xarici dil biliklərinə dair tələblər: Azərbaycan dili – C2, İngilis dili – B2, Rus dili – B2