Fintek - Mobil Tətbiqin Yaradılması üzrə «Flutter» Proqramçı

Bakı

Azercell
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Tətbiqləri dizayna uyğun yaratmaq, dizaynerlərə rəy vermək və tələb olunduqda güzəştlər təklif etmək
  • Kodun ən son kodlaşdırma təcrübələri və sənaye standartlarına uyğun olduğunu təmin etmək
  • Sistem API-lərindən məlumatlı olmaq və düzgün istifadə etmək üçün "backend" tərtibatçıları ilə sıx əməkdaşlıq etmək
  • Həm modul, həm də inteqrasiya testləri yazmaq və gündəlik tapşırıqlar üçün avtomatlaşdırma vasitələri hazırlamaq
  • Maneələrdən və səmərəsiz həll yollarından qaçınmaq üçün fikir və ideyaları sınaqdan keçirmək

Xüsusi tələblər

  • Müasir tətbiqlərin yaradılması üzrə "Front End" tərtibatçısı vəzifəsində təcrübə
  • Obyektə əsaslanan proqramlaşdırma və mühəndislik prinsipləri haqqında dərin bilik
  • Effektiv modul, inteqrasiya və avtomatlaşdırılmış son istifadəçi testləri yazmaq bacarığı
  • "Native" və ya "Web-to-native" mexanizmlər və formatlar vasitəsilə mobil tətbiqlərin işlənib hazırlanması üzrə təcrübə
  • Java, Javascript, Angular, HTML, CSS, React proqramları üzrə bilik arzuolunandır (Veb-saytın hazırlanması üzrə aparıcı "Front-end" Proqramçısı)
  • "Flutter" formatı ("Native Android" və ya "IOS" sistemləri üzrə təcrübə arzuolunandır) (Mobil tətbiqlərin hazırlanması üzrə aparıcı "Front-end" proqramçısı)
  • APİ-lar və onların tətbiqi haqqında məlumatlılıq
  • Fərdi bacarıqlar: Mürəkkəb texniki anlayışları dərk edilə bilən şəkildə çatdırmaq və şirkəti qərarlarla razılaşdırmaq üçün  güclü ünsiyyət bacarıqlarına malik olmaq
  • Mürəkkəb məlumatları cəld emal etmək və onu aydın və sadə şəkildə təqdim etməklə düzgün problem həll etmə bacarığına malik olmaq
  • İnnovativ həllərin səmərəli şəkildə yaradılması üçün komanda ilə əməkdaşlıq etmək
  • Texnologiyalar sahəsinə həvəs göstərmək və inkişaf etməkdə olan/inqilabi texnologiyaların təsirinə maraqla yanaşmaq
  • Təşəbbüs göstərmək istəyini ortaya qoymaq və sahibkarlıq təfəkkürünü gücləndirən mühitdə çalışmaq
  • Şəffaflıq və güvən mədəniyyətinə inanmaq
  • Malik olduğu bilik və sahədən kənar yeni ideyalara açıq olmaq
  • Kompüter sistemlərinin tətbiqi üzrə dərin və peşəkar biliyə malik olmaq
  • Agile Təcrübə: "Agile" metodologiyaları haqqında güclü bilik
  • Çarpaz funksional "agile" komandada proqramçı kimi təcrübəyə üstünlük verilir

Telegram kanalımız