Fintek - Keyfiyyət Təminatı üzrə Mühəndis

Bakı

Azercell
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • İş qrafiki:  Bazar ertəsi – Cümə, 09:00 - 18:00. (Şənbə və Bazar, milli bayram və hüzn günləri qeyri iş günləri hesab olunur)
  • İş yeri:  “Azercell Telekom“ MMC Baş ofis - Azercell Plaza Tbilisi prospekti, 149 Bakı, Azərbaycan
  • Rəqəmsal həlləri sürətlə sınaqdan keçirmək üçün Çevik mühəndislik təcrübələri və müxtəlif proqram təminatı və veb/mobil inkişaf texnologiyalarından istifadə etmək
  • Test nümunələri yazmaq və başqalarına bu istiqamətdə kömək etmək
  • Gündəlik olaraq istifadəçi hekayələrinin sınaq testini  həyata keçirmək
  • Xarici tərəfdaşlarla iri həcmli buraxılışların kompleks sınaq testlərini həyata keçirmək
  • Komandanın sınaq testi ilə bağlı strategiyası və səylərini idarə etmək, məsələn, mümkün olan yerlərdə avtomatlaşdırma üçün təşəbbüs göstərmək və başqalarını öyrətmək
  • Funksionallığın bir neçə heyət və şöbə tərəfindən sınaqdan keçirildiyi dövrlərdə prosesə sahib çıxmaq
  • Qəbul meyarlarının sınaqdan keçirilə biləcəyinə əmin olmaq üçün hazırlıq və planlaşdırma proseslərində aktiv iştirak etmək
  • İstifadəçi hekayələri hazırlanarkən dizaynerlər, SME-lər və Journey Owner  ilə birlikdə çalışmaq, töhfə vermək və sınaq testi ilə bağlı kömək etmək

Xüsusi tələblər

  • Müvafiq texnologiya sahəsi üzrə diplom/dərəcə
  • Test nümunələrinin yazılması və avtomatlaşdırılması təcrübəsi
  • Proqram təminatının inkişaf etdirilməsi sahəsində bir neçə illik təcrübə və "Agile" proqram təminatının inkişaf etdirilməsi prosesi üzrə bilik
  • E2E sisteminin landşaftı haqqında anlayış
  • İnfrastruktur haqqında bilik
  • Veb Xidmətləri və Rest API üzrə bilik
  • Oracle və MS SQL məlumat bazası haqqında əsaslı bilik
  • Testin avtomatlaşdırılması üzrə bilik üstünlük təşkil edir
  • Arzu olunan Bacarıqlar: Sahiblənmək düşüncəsi – sadəcə üzə çıxarmaq deyil, düzəlişlər etmək üzrə qeydlər aparmaq
  • Detallara diqqət yetirmək

Telegram kanalımız