Motorçu

Bakı

Port of Baku
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Gəmi sistemlərində boru kəmərlərini və qapaqları təyinata uyğun olaraq idarə etmək;
  • Gəmi buxar qazanlarını işə hazırlamaq, odluğu yandırmaq və buxarın təzyiqini qaldırmaq, qazanın istismarını təmin etmək və ona qulluq etmək;
  • Qazana qulluq etmək və nəzarət-ölçü çihazlarının işinə nəzarəti, verilmiş göstərişlər əsasında, köməkçi səviyyəsində qazanın təhlükəsiz istismarını həyata keçirmək.
  • Gəmi mexanizm və qurğularına texniki xidmət göstərmək
  • Gəmi mexanizmləri və sistemlərində köməkçi səviyyəsində, nəzarət və tapşırıqlar əsasında təmir işlərini yerinə yetirmək
  • Gəmi avral (mobil) əməliyyatlarını yerinə yetirmək
  • Gəminin davamlılığı uğrunda mübarizə və təhlükəsizlik qaydalarını yerinə yetirmək
  • Mexaniki  qurğuların    hərəkətdə  olan    texniki   vəsaitlərin   işinə   nəzarət  etmək  və  onların  idarə edilməsini   həyata   keçirmək;
  • Texniki vəsaitlərin işində aşkarlanan nasazlıqlar haqqında dərhal növbə mexanikinə məlumat vermək və onun aradan qaldırılmasına yönəldilən tədbirləri görmək;
  • İnsan həyatı üçün qəza təhlükəsi yarandıqda növbə mexanikinə məlumat vermək və lazımı tədbirlər görmək;
  • Baş Mexanikə müvafiq olaraq hər hansı ehtiyat ləvazimat və sərfiyyat materialları barədə məlumat vermək;

Xüsusi tələblər

  • Orta ixtisas təhsili;
  • Müvafiq sahə üzrə 2 il iş təcrübəsi;
  • Motorçunun iş sertifikatı (diplom);
  • Bütün dənizçilər üçün təhlükəsizlik üzrə tanışlıq, ilkin hazırlıq və təlimat sertifikatı;
  • Sürətli olmayan xilasedici qayıq, növbətçi qayıq və sallar üzrə mütəxəssis sertifikatı;
  • Gəminin mühafizəsi üzrə ümumi hazırlıq və təlimat.
  • Gəminin texniki xüsusiyyətlərini;
  • Əsas və köməkçi mühərriklərin quruluşu, onlara texniki xidmət qaydaları;
  • Göyərtə mexanizmlərinin və sükan qurğusunun mexaniki hissələri;
  • Yağ, yanacaq, içməli su, dəniz suyu, sıxılmış hava sistemləri və kompressorlarının texniki göstəriciləri;
  • Maşın hissəsində növbəçəkmə qaydalarını;
  • Baş və köməkçi mühərriklərin hissələrinin sökülməsi, yoxlanması və yığılması üsulları;
  • Ətraf mühitin mühafizəsinin əsas qaydaları;
  • Gəmidəki otaqlar, bölmələr və anbarların yerləşmə sxemi;
  • Qəza-xilasetmə və fərdi mühafizə vasitələrinin gəmidəki yerləri və onlardan istifadə qaydaları;
  • Ballast, yük və təmizləmə, qurutma sistemlərinin sexemi və avadanlıqları;
  • Dəniz nəqliyyatının nizamnaməsi və gəmi xidmətləri;
  • İnformasiya və kommunikasiya texnologiyaları;
  • Xilasetmə işləri ilə əlaqədar prosedurlar;
  • Təhlükəsizlik avadanlıqlarının konstruksiyası və vəzifələri;
  • Mexaniki alətlərin, əl alətlərinin və dəzgahların növləri, xüsusiyyətləri və istifadəsi;
  • Dəqiq cədvəllərə əsasən məsuliyyətli və etibarlı iş;
  • Şifahi və yazılı təlimatları başa düşmək və onlara riayət etmək;
  • İş saatlarında çeviklik;
  • Texniki sahə üzrə yeniliklər barədə məlumatlı olmaq və müvafiq olduğu halda yeni üsulları iş prosesində tətbiq etmək;
  • İlkin planlara və rentabelliyə dəyən zərəri minimum səviyyəyə endirmək məqsədilə yeni perspektivlər və həll yolları axtarmaq üçün dəyişən vəziyyətlərə və seçimlərə operativ surətdə reaksiya vermək;
  • Gəmidə bütün funksiyalara riayət etmək və əməkdaşlıq mühitinin yaradılmasını təmin etmək.

Telegram kanalımız