Gəmi gövdəsinin və texniki vəsaitləri texniki istismarının dəniz donanmasının texniki istismarı qaydalarına, tərsanə inşaatçıların gəmi texniki vəsaitlərinin texniki istismarı qaydalarına, tərsanə-inşaatçıların təlimatlarına və gəmi sahibinin təsdiq etdiyi digər normativ sənəd və təlimatlara ciddi və uyğun surətdə həyata keçirilməsinə rəhbərlik etmək;
Gəmiyə texniki xidmət və təmiri üzrə işlərin planlaşdırılması texniki istismar xidməti üzvlərinin əmək və təhsilinin normal təşkil olunması, onların növbə və idarəetmə üzrə yerləşdirilməsi, onların iş vaxtları və istirahət günlərinin qeydiyyatına nəzarət etmək;
Gəmi həyəcan siqnalları elan olunduqda maşın şöbələrində davamlılıq uğrunda mübarizə üzrə hərəkətə rəhbərlik etmək;
Kapitanın razılığı ilə gəminin və onun texniki vəsaitlərinin təsnifat cəmiyyəti yoxlanılmasını və digər texniki təsnifat orqanlarına vaxtlı-vaxtında təqdim olunmasını təmin etmək;
Gəminin bütün hissələri üzrə vaxtlı-vaxtında təmir cədvəlləri tərtib olunması, sahil müəssisələri, gəmi təmir manqalları, gəmi mütəxəsisləri tərəfindən yerinə yetirilən işlərin keyfiyyətinə nəzarət etmək;
Qəza vəsaitləri, avadanlıqlar, dəyişək-ehtiyat hissələri ilə vaxtlı-vaxtında təchizata, mexaniki qurğuların ehtiyacı üçün olan yanacağın, yağın və suyun düzgün saxalanılmasına, sərfinə qeydiyyatına nəzarət etmək;
Kapitanın bütün göstərişlərini yerinə yetirmək, sərəncamın yerinə yetirilməsi texniki vəsaitlərin işin zərər gətirə biləcəyi hallarda güman olunan nəticələr barəsində kapitanı xəbərdar etmək və onun verdiyi sərəncama müvafiq olaraq hərəkət etmək;
Gəmidəki qurğu və mexanizmlərlə tanış olmaq və texniki heyətin belə qurğu və mexanizmlərin istismarı və onlara texniki xidmətin göstərilməsi üzrə müvafiq təlim keçməsini təmin etmək.
Xüsusi tələblər
Baş mexanik gəmi gövdəsinin və texniki vəsaitləri texniki istismarının dəniz donanmasının texniki istismarı qaydalarına, tərsanə inşaatçıların gəmi texniki vəsaitlərinin texniki istismarı qaydalarına, tərsanə-inşaatçıların təlimatlarına və gəmi sahibinin təsdiq etdiyi digər normativ sənəd və təlimatlara ciddi və uyğun surətdə həyata keçirilməsinə rəhbərlik etmək, gəmiyə texniki xidmət və təmiri üzrə işlərin planlaşdırılması texniki istismar xidməti üzvlərinin əmək və təhsilinin normal təşkil olunması, onların növbə və idarəetmə üzrə yerləşdirilməsi, onların iş vaxtları və istirahət günlərinin qeydiyyatına nəzarət etməkdən məsuldur. Baş mexanik vəzifəsinin profilinə aşağıdakılar daxildir.
Orta ixtisas təhsili (mexanik);
Dil bilikləri (Azərbaycan dili yaxşı, rus dili arzu olunandır);
Böyük mexanikin iş sertifikatı (diplom).
Bütün dənizçilər üçün təhlükəsizlik üzrə tanışlıq, ilkin hazırlıq və təlimat sertifikatı.
Sürətli olmayan xilasedici qayıq, növbətçi qayıq və sallar üzrə mütəxəssis sertifikatı.
Gəmidə ilk tibbi yardım,
- Yanğınla mübarizə geniş proqram üzrə
Gəminin mühafizəsi üzrə müəyyən edilmiş vəzifələrə malik şəxslərin hazırlığı (Mühərriklərin gücü 750 kvt-dan yuxarı olduqda tələb olunur)
Donanma üzrə texniki istismar, texniki xidmət və təmirə aid rəhbər sənədləri, əmrləri, qaydaları və sərəncamları, gəmilərdəki maşın qurğularının və başqa avadanlıqların istehsal güclərini, texniki xüsusiyyətlərini;
Gəminin inşası sahəsində, donanmanın texniki təchizatında, donanmanın texniki istismarında və gəmi təmirində qabaqcıl nailiyyətləri;
Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, gigiyena və sanitariya qaydalarını, o cümlədən yanğından mühafizənin norma və qaydalarını.