Əməliyyatlar üzrə mütəxəssis

Bakı

Port of Baku
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Şturman hesablarının və tərtib edilmiş vaqon vərəqələrinin vaxtında verilməsini izləmək, göndərilən yüklər üçün sifarişləri, tapşırıqları rəhbər tutaraq onları işləmək;
  • Tərəzidə çəkilmiş nəqliyyat vasitələrinə nəzarət etmək və sənədləşdirmək;
  • Yükləri anbara qəbul etmək və anbardan müvafiq qaydada yola salmaq, yola salınmış yükləri nəzərə almaqla qalıq yüklərin məlumatının hazırlanmasında iştirak etmək;
  • Bütün növ nəqliyyat vasitələrindən işlənən yüklərin lazımi yük sənədlərinin hazırlanmasında iştirak etmək;
  • Qəbul zamanı yüklərə baxış keçirmək, sənəd üzrə yoxlamaq, açıq və ya bağlı anbarlarda düzgün yerləşdirmək, qəbul aktlarını tərtib etmək və qeydiyyata almaq;
  • Yüklərin təhvil-təslim zamanı məlumat vərəqlərini hazırlamaq və  müvafiq struktur bölmələrə vermək;
  • Növbə ərzində görülən işlər əsasında “Naryad-tapşırıq”-ı tərtib etmək;
  • Limana daxil olan  və çıxan bütün növ yük gətirən və yük aparan maşınları qeydiyyata almaq və Liman ərazisində yerləşdirmək;
  • Bütün növ gəmi əməliyyatlarının, sənədləşməsinin icra olunması və DSX, DGK, XDG və yük sahibləri ilə mütəmadi əlaqəni təşkil etmək;
  • Rəhbəri tərəfindən verilən digər aidiyyəti tapşırıqları yerinə yetirmək.
  • Terminalın ərazisində yükaşırma əməliyyatları zamanı anbarları, keçidləri və iş yerlərini xəbərdaredici nişanlar ilə təchiz olunmasına təmin etmək;
  • Gecə növbələrində iş yerlərinin, ərazinin işıqlandırılmasını təmin etmək və zərurət yarandıqda sahə rəisinə məlumat vermək.

Xüsusi tələblər

  • Ali təhsil ( Nəqliyyatda daşımalar və yükaşırma işlərinin təşkili mühəndisliyi və oxşar ixtisaslar arzuolunandır);
  • MS Office proqramları, xüsusən MS Excelin sərbəst istifadəsi;
  • İngilis və rus dillərindən ən azı biri (arzuolunandır);
  •  İş təcrübəsi (Logistika və nəqliyyat sahəsi üzrə ən azı 1 il arzuolunandır).
  •  Beynəlxalq yükdaşıma sənədlərini tanımalı və oxuya bilməli;
  •  Yükaşırma avadanlıqlarını tanımalı və əməliyyatları bilməli.
  •  Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, gigiyena və sanitariya qaydalarını, o cümlədən yanğından mühafizənin norma və qaydalarını bilməsi arzuolunandır.
  • Məsuliyyətli və etibarlı iş;
  • Danışıqların aparılması, yüksək ünsiyyət bacarığı;
  • Təqdimat bacarıqları;
  •  Təhlil bacarıqları.

Telegram kanalımız