Növbətçilik jurnalında gəmilərin limanın terminallarındakı pozisiyalarını və hərəkətini qeyd etmək;
Növbə ərzində gəmilərin pozisiyası, körpüyə yanalması, körpüdən körpüyə yerdəyişməsi, gəmilərin səfərə çıxması haqqında və s. barədə mütəmadi olaraq Departament müdirinə məlumat vermək;
Gəmilərin gəlmə, getmə vaxtının və yerinin dəyişdirilməsi barədə aidiyyəti terminal dispetçerinə, sahələrə xəbər vermək;
Müəyyən olmuş qayda üzrə növbə ərzində görülən işlər barədə hesabat aparmaq, kitablarda qeydlər etmək;
Rabitə əlaqələrinin sazlığını yoxlamaq;
Növbəni təhvil verən və qəbul edən zaman təhvil- təslim barədə kitabda imza etmək;
Gəmilərin qəzasız ötürülməsini təmin etmək;
Liman akvatoriyasının vəziyyətinə nəzarət etmək;
Naviqasiya avadanlığının vəziyyəti və işləkliyinə nəzarət etmək, bütün nasazlıqlar və çatışmazlıqlar barədə dərhal Departament müdirinə məlumat vermək;
Ötürülən gəmilərlə yaxud yolda baş verən bütün qəza hadisələri barədə məlumat vermək;
Dövlət sərhədlərinin, liman qurğularının, farvaterlərin və s. qorunması üzrə bütün qanun və qaydaların tələblərini yerinə yetirmək;
Gəmilər tərəfindən Cəmiyyət üzrə məcburi qərarların yerinə yetirilməsinə nəzarət etmək;
Gəmi idarəetmə qaydalarının, Liman üzrə məcburi qərarların və digər qüvvədə olan qaydaların pozulmasına gəmi kapitanlarının diqqətini cəlb etmək, kapitan tərəfindən tələblər yerinə yetirilmədikdə dərhal Departament müdirinə məlumat vermək.
Xüsusi tələblər
Bakalavr təhsili;
İxtisas sertifikatı;
Sahə üzrə 3 il iş təcrübəsi.
Limanın naviqasiya şəraitini;
İşlə əlaqədar sənədlərin tərtib edilmə qaydalarını;
“Yüklərin daşınmasının ümumi qaydaları”nı, Dəniz limanlarında əməyin təhlükəsizliyi qaydalarını, radio-rabitə qaydalarını, radio rabitə zamanı efirdə səsləndirilməyə icazə verilən məlumatların siyahısını və vəzifə borclarını;
Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, gigiyena və sanitariya qaydalarını, o cümlədən yanğından mühafizənin norma və qaydalarını.