Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin edir;
Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil edir;
İstehsalatın texniki hazırlığını təmin edir;
Avadanlıqların təmiri, təmir-istismar ehtiyaclarına material sərfi üzrə sənədlərin işlənib-hazırlanmasına, təmirin keçirilməsinə, smeta xərclərinin hesablanması, ehtiyat hissələrinin və materialların alınması üçün ərizələrin tərtib edilməsinə rəhbərlik edir;
Təmirarası xidməti, təmirin vaxtında və keyfiyyətlə keçirilməsini təşkil edir;
Köhnəlmiş avadanlıqlar müəyyən edir və onların təmirini növbələşdirir;
Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsini təmin edir.
İş şərtləri: Həftə içi 5 gün, 9:00-18:00
İş yeri: Kürdəmir rayonu. Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri və gün ərzində 3 dəfə qidalanma şirkət tərəfindən qarşılanacaqdır.
Xüsusi tələblər
Müvafiq sahədə ali təhsil;
Tetra Pak avadanlıqları təmiri üzrə ən azı 5 il iş təcrübəsi;
Ms Office Proqramlarını bilməli;
Əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarını bilməli;
Məsuliyyət, dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti.