Şirkətin keyfiyyət siyasəti və fəlsəfəsinə görə Keyfiyyətə Nəzarət Şöbəsinin işini təşkil etmək və yönləndirmək;
Şöbənin işini qarşılıqlı etibar, hörmət, fikirlərə önəm vermək, davranışlarda etik normalara əməl etmək, etibarlılıq, keyfiyyət prinsipləri istiqamətində təşkil etmək;
Bölümdə sənədlərin forma, rapor, qeydiyyat jurnalını Keyfiyyət İdarəetmə Sistemi şərtlərinə uyğun qurmaq ve qeydiyyat sistemini təşkil etmek;
Keyfiyyətə Nəzarətdə iş təhlükəsizliyi və işçi sağlamlığı, sanitariya və ekologiyanın mühafizəsi istiqamətindəki tədbirlərin alınmasını təşkil etmək;
İstehsaldan alınan nümunələrin vaxtında laboratoriyaya çatdırmasını təşkil etmək;
Məhsulların orqanoleptik komission testlərini təşkil etmək ve nəticələri dəyərləndirmək;
Laboratoriyadan verilən analiz neticələrini təqib etmək və nəticələrə görə istehsal prosesini yönlendirmək, qəbul/rədd qərarları vermək;
Analiz nəticələri ve digər kontrol sonuclarını dəyərləndirib xammal, yardimçı maddə girişinə ve hazır məhsul çıxışına qərar vermək;
Gün ərzində istehsal proseslerini günlük rapor halına gətirərək elektron formada rəhbərliyə göndərmək.
İş şərtləri:Həftə içi 5 gün, 9:00-18:00
İş yeri: Kürdəmir rayonu. Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri və gün ərzində 3 dəfə qidalanma şirkət tərəfindən qarşılanacaqdır.
Xüsusi tələblər
Kimya və ya Qida Mühəndisliyi sahəsində ali təhsil;
Müvafiq Sahədə ən azı 3 il iş təcrübəsi;
Ms Office Proqramlarını bilməli;
Keyfiyyətə Nəzarət Sistemi ilə əlaqəli Dövlət Qanunlarını, Şərtləri, Standardların tələbini bilməli;
Məhsul keyfiyyət-proses nəticələrini, analiz etməyi və planları inkişaf etdirmeyi bilməli;
İş təhlükəsizliyi-İşçi sağlamlığı, Sanitariya ve Ekologiyanın Mühafizəsi tədbirlərini bilməli;
Analitik düşünməyi, dəyərləndirməyi, vaxtında doğru qərar almağı bacarmalı.