Əsaslı tikinti-quraşdırma, təmir işləri üçün tərtib olunmuş və təsdiq edilmiş sənədləri, cədvəlləri analiz edir;
Analiz əsasında tikinti işlərinin smeta dəyərini hazırlayır;
Dəyişikliklər baş verərkən smeta sənədlərinə düzəlişlər aparır;
Digər təşkilatlar tərəfindən hazırlanan smeta sənədlərini yoxlayır və bu barədə arayış tərtib edir;
Tikinti- quraşdırma, təmir və digər işlərinin qiymətləndirilməsində iştirak edir;
Yenidən qurulan və ya təmir olunan obyektlərə titul vərəqələrinin hazırlanmasında iştirak edir;
Podratçı təşkilatlarla smeta sənədlərini razılaşdırır və onların normativlərə riayət etmələrini nəzarətdə saxlayır, görülən işlər barədə aktlar hazırlayır;
Görülən tikinti-quraşdırma və təmir işlərinin qiymətlərinin aşağı düşməsi üçün tədbirlər görür;
Smeta sənədlərinin uçotunu aparır, smeta- maliyyə hesablamalarını sistemləşdirir;
Smeta qiymətləri haqqında arayışlar tərtib edir;
Smeta sənədlərinə və cədvəllərinə uyğun olaraq anbar, təchizat və tikinti sahəsinin məsul şəxsləri ilə məlumat mübadiləsi sahəsində qarşılıqlı əlaqəni qurur və idarə edir;
Mal-material sifarişi və alışı, habelə istifadəsi və silinməsi proseslərinin smeta(lar)a uyğun həyata keçirilməsinə nəzarəti həyata keçirir.
Xüsusi tələblər
Texniki sahədə ali təhsil;
Sahə üzrə minimum 3 il iş təcrübəsi;
MS Office, AutoCAD bilikləri;
İngilis, rus dillərini bilən namizədlərə üstünlük verilir;