İşçilərin şəxsi işlərinin hazırlanması və lazımi sənədlərin toplanması;
Emas.sosial.gov.az hökumət portalında əmək müqavilələrinin qeydiyyata alınması;
Qanunvericiliyə müvafiq qaydada işçilərin işə qəbulu, başqa vəzifəyə keçirilməsi, mükafatlandırılması, intizam tənbehinin verilməsi və işdən azad edilmələrini rəsmiləşdirmək, habelə müvafiq aktların tərtib edilməsini həyata keçirmək;
Əmək kitabçalarının əmrlər əsasında doldurulması və qeydiyyatı;
Işçilərə cari əmək fəaliyyətləri haqqında arayışların təqdim edilməsi;
Məzuniyyət qrafiklərinin tərtib edilməsi, işçilərə məzuniyyətlərin verilməsinin uçotunun aparılması, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət edilməsi;
Xəstəlik vərəqələrinin doldurulması və qeydiyyatı;
Əmək haqqı kartlarının sifarişinin verilməsi;
Müddəti bitmiş sənədlərin müvafiq qaydada arxivləşdirilməsi;
Əmrlərin tərtib edilməsi (məzuniyyət, işə qəbul, işdən çıxma, vəzifə dəyişikliyi, intizam məsuliyyətinə cəlbetmə haqqında və s.).
İşçi heyətinin müqavilələrinin, əlavə razılaşmalarının, bildiriş məktublarının hazırlanması (xəbərdarlıq, töhmət) və s.;
İşçi heyəti üçün iş davamiyyəti cədvəllərinin hazırlanması və işçilərin əmək haqqılarının vaxtında və dəqiqliyi ilə ödənilməsini təmin etmək üçün mühasibat şöbəsi ilə birgə işin təşkil olunması;