Vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq
Mühasibat əməliyyatlarında vergi monitorinqi aparmaq və əməliyyatların qanunvericiliyin tələblərinə uyğun sənədləşdirilməsini yoxlamaq
Vergi, sosial sığorta, statistika və digər hesabatların və bəyannamələrin düzgün hazırlanmasını ilkin sənədlərlə yoxlamaq
Vergi və digər məcburi ödənişlərin düzgün hesablanmasına və vaxtında büdcəyə köçürülməsini yoxlamaq
Hesablanmış vergi və digər öhdəlikləri uçot məlumatları ilə qarşılaşdırmaq
Vergi və digər dövlət orqanlarından daxil olan sorğuların, kameral uyğunsuzluq məktublarını və digər məktubları nəzarətdə saxlamaq, araşdırmaq
İş qrafiki həftədə beş gün I-V günlər saat 9:00-dan 18:00 dək
Əmək haqqı müsahibə əsasında bilik, təcrübə və iş bacarığına əsasən müəyyən ediləcək həmçinin, auditin düzgün, ətraflı, dolğun əhatə edilməsinə görə əlavə mükafatlarda(bonuslar) ödənilir.
Xüsusi tələblər
Vergi sahəsi üzrə auditor, keçmiş vergi əməkdaşı, auditor, mühasib, maliyyə analizi, maliyyəçi peşələri üzrə təcrübəli mütəxəssis
İqtisadiyyat, Maliyyə, Mühasibat uçotu sahəsində ali təhsil
Vergi qanunvericiliyinin tətbiqi və hesabatların tərtibatı minimum 3 il iş təcrübəsi
Vergi Məcəlləsini mükəmməl bilmək, Əmək Məcəlləsi, Sosial Sığorta - Haqqında Qanun və digər əlaqəli normativ-hüquqi aktların mühasiblər üçün gərəkli olan müddəaları və maddələri haqqında informasiyalara, biliklərə və axtarış vərdişlərinə malik olmaq
Diqqətli və məsuliyyətli olmaq
İnternet Vergi İdarəsi ilə sərbəst işləmək bacarığına malik olmaq
Riyazi hesablama aparma və analitik təhlil etmə qabiliyyəti
MS Excel proqramında yüksək səviyyədə işləmə bacarığı
Azərbaycan dilini mükəmməl bilmək (ingilis və rus dili bilikləri əlavə üstünlükdür)