Nəqliyyat vasitəsi və nahar şirkət tərəfindən təmin edilir
Vəzifə öhdəlikləri:Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin rəsmi maliyyə nəticələrinin dəqiq uçotunu təşkil etmək
Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq rəsmi mühasibat uçotunun aparılmasını təşkil etmək
Vergi, DSMF və statistika hesabatlarının hazırlanması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara təqdim olunması
Tabel əsasında işçilərin əmək haqlarının, digər ödəmə və ödənişlərin hesablanması, müəyyən edilmiş müddətdə əmək haqqlarının verilməsinə dair cədvəllərin hazırlanmasını təşkil etmək
Kreditor,debitor borclarına nəzarət edilməsi,vaxtında ödənişlərin tələb edilib maliyyə sanksiyasının qarşısının alınması və qarşılıqlı üzləşmə aparılması, üzləşmə aktının tərtib olunması
Daxil olan pul vəsaitlərinin, mal-material qiymətlərinin və əsas vəsaitlərin uçotunu həyata keçirmək. Mühasibat uçotu hesabında onların hərəkətinin düzgünlüyünü təmin etmək
Düzgün inventarizasiyanın aparılması və anbar qalıqlarına nəzarət olunması
Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında düzgün əks etdirilməsini, operativ məlumatların təqdim edilməsini təmin etmək
Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatını iqtisadi cəhətdən əsaslandırılmış tərtib etmək
Mühasiblərin ümumi işlərində köməklik göstərmək və onların işlərinə nəzarət etmək
Rəhbərlik tərəfindən tələb olunan hesabatları vaxtında tərtib etmək
Xüsusi tələblər
Mühasibatlıq və ya maliyyə ixtisası üzrə ali təhsil
Sahə üzrə minimum 3-5 il iş təcrübəsi
Mühasibatlıqla bağlı Yerli qanunvericiliyi, Vergi məcəlləsi və əmək məcəlləsini bilməli
Komandada işləmək bacarığı
Analitik düşüncə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq
Diqqətlilik və məsuliyyətlilik, idarəetmə bacarığı
1C mühasibat uçotu proqramınında işləmə bacarığı
MS Office proqramlarından peşəkar istifadə (xüsusilə Excel)
Beynəlxalq sertifikatların və PMS sertifikatının olması üstünlükdür